Icma.az
close
up
RU
Qışda avtomobillərin yanacaq sərfiyyatı niyə artır? FOTO

Qışda avtomobillərin yanacaq sərfiyyatı niyə artır? FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qış mövsümü nəqliyyat vasitələrinin istifadəsində bir çox çətinliklər yaradır. Soyuq havalarda avtomobillərin işə düşməsi, mühərrikin iş rejiminin dəyişməsi və sürüş şəraitinin mürəkkəbləşməsi kimi hallar təkcə sürücülərin rahatlığını deyil, həm də avtomobilin yanacaq sərfiyyatını birbaşa təsir altına salır. Xüsusilə qışın sərt keçdiyi bölgələrdə sürücülər mühərrikin daha çox yanacaq sərf etdiyini müşahidə edir. Bu, gündəlik istifadə zamanı əlavə xərclərə səbəb olmaqla yanaşı, avtomobilin ümumi performansını da təsir edir.

Mələsə ilə bağlı ekspert Elçin Abbasov Avtosfer.az-a bildirib ki, qış aylarında avtomobillərin yanacaq sərfiyyatı bir çox faktorlara görə artır. “Soyuq hava şəraitində mühərrik tam effektiv işləyə bilmir. Bu, mühərrikin istiləşməsi üçün əlavə yanacaq tələb edir. Soyuq yağı qatılaşdırır və mühərrikdə müqavimət yaradır ki, bu da yanacaq sərfiyyatını artıran əsas səbəblərdən biridir. Avtomobillərdə istifadə edilən qızdırıcılar, peçlər və arxa şüşə qızdırıcıları da enerji sərf edir. Bu cihazlar elektriklə işləsə də, elektrik enerjisi nəticə etibarilə yanacaqdan təmin edilir. Qış mövsümündə avtomobilin sürətinin aşağı düşməsi də yanacaq sərfiyyatını artırır. Sürət optimal həddən aşağı olduqda mühərrik daha çox yanacaq sərf edir”.

Həmçinin ekspert yanacaq sərfiyyatını azaltmaq üçün bir neçə tövsiyə verib. O qeyd edib ki, yerində avtomobili qızdırmaq tez-tez buraxdığımız səhvlərdən biridir.
 “İstehsalçının tövsiyə etdiyi yağdan istifadə edilməli və mühərrikdə təkləmə olmamalıdır. Soyuq havada təkər təzyiqi azalır, buna görə də istehsalçının tövsiyə etdiyi təzyiq səviyyəsinə diqqət yetirilməlidir. Həmçinin kirlənmiş hava filtri mühərrikin işini çətinləşdirir və əlavə yanacaq sərfiyyatına səbəb olur. Onu vaxtında dəyişdirmək vacibdir. Avtomobilin yol şəraitinə uyğun optimal sürətlə idarə edilməsi tövsiyə olunur. Yerində avtomobili qızdırmaq yanacağın israfına səbəb olur. Mühərriki işə salıb yavaş-yavaş sürərək avtomobili qızdırmaq daha məqsədəuyğundur. Avtomobilin yük yeri və salonunda artıq əşyalar saxlanılmamalıdır. Həddən artıq yüklər yanacaq sərfiyyatını artırır. Arxa şüşə qızdırıcısı, kondisioner və digər elektrik avadanlıqlarından yalnız zərurət olduqda istifadə edilməlidir”.

Fidan Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri