Icma.az
close
up
RU
Qışda dəri üçün hansı su təhlükəlidir? Qulluq qaydaları

Qışda dəri üçün hansı su təhlükəlidir? Qulluq qaydaları

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qışda isti su ilə isinmək istəyi dərinin qurumasına, qıcıqlanmasına və dəri xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Həkim bunun qarşısını necə almağı izah edib. Soyuq havalarda dəri əlavə yük altında qalır və gündəlik vərdişlər bəzən onun vəziyyətini daha da pisləşdirə bilər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər aşağı temperatur və quru havanın  dəridəki nəmlik səviyyəsini azaltdığını hesab etdiklərini deyiblər. Bu isə qabıqlanma, qıcıqlanma və dermatoloji xəstəliklərin - xüsusilə ekzema, psoriaz və ya aknenin kəskinləşməsinə səbəb ola bilər. Əsas məsləhətlərdən biri uzun müddət isti duş qəbul etməməkdir.

İsti duş tez isinməyə kömək etsə də, isti su dərinin təbii qoruyucu yağ qatını yuyub aparır və nəticədə dəri daha da quruyur. Buna görə də mütəxəssis yuyunma zamanı, xüsusilə üzü yuyarkən və əlləri yuyarkən ilıq və ya bir qədər sərin su istifadə etməyi məsləhət görür.

Qışda istifadə olunan qulluq kosmetikasını da dəyişmək vacibdir. Həkim lipidlərlə zəngin nəmləndirici vasitələri, xüsusilə seramidlər və hialuron turşusu tərkibli məhsulları seçməyi tövsiyə edir. Çox quru dəri üçün çoxqatlı qulluq sistemi effektiv ola bilər: əvvəlcə serum, onun üzərinə isə nəmi dəridə saxlamağa kömək edən qalın emoliyent krem çəkmək.

Soyuq mövsümdə dəri təmizliyi mümkün qədər yumşaq olmalıdır. Aqressiv vasitələr və toniklərdən tez-tez istifadə quruluğu artıraraq qıcıqlanma yarada bilər. Əgər pilinqə ehtiyac varsa, sərt skrablar əvəzinə zərif kimyəvi eksfoliantlara üstünlük verilməlidir.

Mütəxəssislər su balansına və D vitamini çatışmazlığına da diqqət çəkir. Qışda insanlar daha az su içir və günəş işığına daha az məruz qalır, bu da dərinin vəziyyətinə təsir edir. İçmə rejimini nəzərə almamaq, vitamin qəbulunu isə həkimlə məsləhətləşərək planlamaq da tövsiyə edilir.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri