Icma.az
close
up
RU
Qışda hamının etdiyi səhv Evdə uşaq varsa, nəticəsi daha da pis olur

Qışda hamının etdiyi səhv Evdə uşaq varsa, nəticəsi daha da pis olur

Icma.az, Milli.az saytına istinadən bildirir.

Paltarların evin içində paltar ipində və ya radiator üzərində qurudulması rütubəti artırır, kif göbələklərinin yaranmasına şərait yaradır və xüsusilə uşaqlar üçün ciddi sağlamlıq riskləri doğurur.

Milli.Az xəbər verir ki, Araşdırmalara görə paltarlar evin içində qurudulduqda havada həddindən artıq rütubət yaranır. Rütubətin yüksəlməsi "kif" adlanan göbələklərin formalaşmasına səbəb olur. Bu göbələklərin yaydığı sporlar tənəffüs yollarına təsir göstərərək infeksiyalar, allergik reaksiyalar və ağciyər xəstəlikləri yarada, mövcud astma və bronxit kimi xroniki problemləri ağırlaşdıra bilər.

Mütəxəssislər qeyd edir ki, paltar asılan otaqda yatmaq riski daha da artırır. Körpəli evlərdə isə bu təhlükə ikiqatdır. Körpələr rütubətə və havadakı allergenlərə qarşı daha həssas olduqları üçün tənəffüs yollarında tıxanma və digər fəsadlar yarana bilər.

Bundan əlavə, ətirli və parfümlü deterjanların qalıqları evdə qurudulan paltarlardan havaya yayılaraq uzun müddət tənəffüs edildikdə yuxarı tənəffüs yollarını qıcıqlandıra və gün boyu narahatlıq hissi yarada bilər.

Çarə nədir?

Mütəxəssislər evdə paltar qurudulmasının yaratdığı risklərin qarşısını almaq üçün aşağıdakı tədbirləri tövsiyə edir:

Mümkün olduqda paltarları açıq havada qurudun. Qapalı məkanda qurudulma zəruridirsə, otağı tez-tez havalandırın. Rütubətölçən və ya rütubətazaldıcı cihazlardan istifadə edin. Paltar qurudulan otaqda yatmayın, xüsusilə körpə və uşaqları bu məkandan uzaq saxlayın. Az ətirli və ya hipoallergen deterjanlara üstünlük verin. Radiator üzərində paltar qurudulmasından çəkinin.

Qeyd edək ki, sağlam yaşayış mühiti üçün ev daxilində rütubət səviyyəsi nəzarətdə saxlanılmalı və buxar yaradan vərdişlər minimuma endirilməlidir. Düzgün qurudulma üsulları həm tənəffüs sağlamlığını qoruyur, həm də ev mühitinin keyfiyyətini artırır.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Dekabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri