Icma.az
close
up
RU
Qışda şüşəsilənlər niyə havaya qaldırılır? Şüşəsilənlərin təmizliyi hansı vasitələrlə edilməlidir? Video

Qışda şüşəsilənlər niyə havaya qaldırılır? Şüşəsilənlərin təmizliyi hansı vasitələrlə edilməlidir? Video

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Avtomobilin yaxşı işləyən şüşəsilənləri təhlükəsizlik və keyfiyyətli görünmənin açarıdır. Soyuq mövsümdə sürücülərin əsas problemi avtomobilin şüşəsilənlərinin donmasıdır. Şüşəsilənlərin sıradan çıxmaması üçün onlara yaxşı qulluq edilməlidir. Şaxtalı günlərdə şüşəsilənlər qəribə səslər çıxara və funksionallığını itirə bilər. Bu səsə müəyyən qədər dözmək mümkün olsa da, şüşəsilənlər daha əvvəlki qədər yaxşı təmizləmir. Təmizlənməmiş şüşə də görüntünü məhdudlaşdırır və təhlükə yaradır.Qışda şüşəsilənləri necə qorumalı?

Silikon yağdan istifadə edərək mexanizmi donmuş sudan və qardan qoruya bilərsiniz. Bu yağ kauçukdakı kəsikləri və çatları doldurur.

Hidrofobik xüsusiyyətləri sayəsində sürtkü yağları, temperaturun aşağı düşməsi zamanı fırçaların donmasının qarşısını alır. Suyu dəf edir, şüşə silənlərin xidmət müddətini əhəmiyyətli dərəcədə uzadır.

Qışda şüşə silənlərin sıxma elementləri elastikliyini itirdiyi üçün şüşə üzərində xırıldayır. Xırıltıların digər səbəbi şüşənin üzərinə yığılan duz, kir və kiçik hissəciklər, yoldan gələn tozdur. Bu zaman şüşənin müqavimətini artıran kimyəvi çöküntü əmələ gəlir.  Siləcəklərin üzərindəki rezin daha tez köhnəlir. Çöküntüləri çıxarmaq üçün şüşəni mütəmadi olaraq yumaq tövsiyyə olunur. Bunun üçün 500 ml suya 30-50 ml ammonyak əlavə edərək şüşəni yuya bilərsiniz.

Qarlı havalarda avtomobillərin siləcəklərinin havaya qaldırılmasının səbəbi nədir?

Bir tərəfdən, cihazlar şüşəyə qədər donmur və qarı təmizləmək daha asan olur. Digər tərəfdən, xüsusi qurğular sərt yay ilə şüşəyə basdırılır. Qaldırdıqda, uzanır və sonra bir neçə saat bu vəziyyətdə qalır. Beləliklə, daimi gərginlik və sərt temperatur səbəbindən tez zəifləyir. Müasir avtomobil modellərində siləcəkləri qaldıra bilərsiniz.

Avtomobil mütəxəssisləri şüşə təmizləmə mexanizminin xidmət müddətini uzatmaq üçün bir neçə faydalı tövsiyələr hazırlayıb:

Öncə, etibar etdiyiniz istehsalçılardan düzgün yuyucu maye seçin. Kirləri təmizləmək üçün fırçalarınızı həftəlik təmizləməyə çalışın. Boşluqları doldurmaq üçün onları silikon yağla yağlayın.Aşınmış şüşəni dərhal dəyişdirin. Onların üzərindəki cızıqlar cihazların işinə və sürücünün görmə qabiliyyətinə mənfi təsir göstərir.Şüşələri dəsmalla da silin. Qışda cihazları qar və buzdan hərtərəfli təmizləyin.Yadda saxlamaq lazımdır ki, hər altı aydan bir şüşəsilənləri dəyişdirməlisiniz. Bu müddət ərzində küçədəki iqlim şəraiti şüşəsilənlər xarab olur və daha tez köhnəlir.Şüşəsilənlərə isti su tökmək olarmı?

Bəzən sürücülər qışda şüşəsilənlərin açılması üçün onların üzərinə isti su tökürlər. Bu da müəyyən problemlərə yol aça bilər. Əslində bu üsul avtomobil, şüşəsilənlər və şüşə üçün təhlükəlidir. Çünki ani temperatur dəyişikliyindən şüşə (xüsusilə də ön şüşə) partlaya bilər. Avtomobilin şüşələrində olan qar və buzu əritmək üçün mühərriki işə salıb, daxili istiliyi və şüşələrin istiliyi sistemini işə salın.

Bir çox avtomobil sürücləri şüşə yuyan su anbarında suyun donmasının qarşısını almaq üçün spirt və ya ucuz araqdan istifadə edirlər. Amma ortaya çıxan maye olduqca şaxtaya davamlı olmasına baxmayaraq, sürüş zamanı ön şüşədə donmağa həssas olacaq və şüşənin üzərində buz kristalları əmələ gələcək, onları şüşəsilən bıçaqlarla çıxarmaq çətin olacaq. Nəticədə, donmuş qarışıq sürücünün sükan arxasında görmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldacaq.

Avtomobil hərəkət edərkən şüşənin üzərində donmayan yüksək keyfiyyətli mayelərdən istifadə etmək tövsiyyə olunur.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Fevral 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri