Icma.az
close
up
RU
Qışın oğlan çağında buzu yarıb göldə üzür VİDEO

Qışın oğlan çağında buzu yarıb göldə üzür VİDEO

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Quba rayonunun Nügədi kəndindən olan həvəskar üzgüçü Rasim Namazov qışın şaxtasında buz kimi sularda üzməyi sevir. Üzmək onun üçün bir hobbi, həyat fəlsəfəsidir. 

Globalinfo.az xəbər verir ki, R.Namazov çoxları üçün təhlükəli ola biləcək hobbisi barədə İTV-yə danışıb.

O bildirib ki, ilk dəfə buzlu suya 4 il əvvəl, bədənindəki ağrılar səbəbindən girib. R.Namazovun sözlərinə görə, buzlu suya girdikdən sonra həmin ağrılar çəkilib:

“İlk vaxtlar soyuq suya terapiya kimi baxdım. Boğazımda olan şişi araşdırarkən gördüm ki, soyuq su buna faydalıdır və belə xəstəlikdən əziyyət çəkənlər terapiya kimi buzlu suya girirlər. Mən də elə o cür başladım. Artıq 4 ildir buzlu suya girirəm. Təkcə dənizə yox, göl, şəlalə və çaylarda da soyuq suya daxil oluram. Bu müddət ərzində də heç bir xəstəlik keçirməmişəm, hətta qrip də olmamışam”.

Bununla belə, o, buzlu suya girməyin təhlükəli olduğunu da vurğulayıb: “Çünki soyuq suya girən an bədən əks reaksiya verə bilər. Buna görə hazırlıqlı olmaq vacibdir. Bədəni öyrəşdirmək üçün payızdan suya girmək lazımdır. Bu addımı atmaq istəyənlər, həm də həkimlə mütləq məsləhətləşməlidirlər. Xüsusilə ürək problemi olanlar risk etməsin, çünki buzlu suda ürək dayana bilər. Amma faydaları da olduqca çoxdur, dərini cavan saxlayır, immuniteti yüksəldir, gümrah hiss etdirir”.

Daha ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Fevral 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri