Icma.az
close
up
RU
Qışın sevimli qidası kəskin bahalaşdı

Qışın sevimli qidası kəskin bahalaşdı

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Son günlər balıq bazarlarında müşahidə olunan mənzərə həm alıcıları, həm də satıcıları çıxılmaz vəziyyətə salıb. Qiymətlərdə qeydə alınan kəskin artım piştaxtalardakı etiketlərdə özünü qabarıq büruzə verir. Satıcılar bildirirlər ki, alıcı sayının gözlənilmədən artması tələbatı yüksəldib, bu da təbii olaraq qiymət artımına rəvac verib. Xüsusilə son bir həftə ərzində xaricdən gətirilən məhsulların kiloqramında 1-2 manatlıq bahalaşma qeydə alınıb. Hazırda bazarın böyük hissəsi İran, Rusiya və Türkiyədən gətirilən idxal məhsullarının ümidinə qalıb.
Demokrat.az milli.az-a istinadla xəbər verir ki, rəqəmlər ailə büdcəsi üçün heç də ürəkaçan deyil. Məsələn, bir neçə gün əvvəl 33-34 manata təklif olunan ağ balığın qiyməti artıq 37 manata dirənib. Levrək 20 manata, çupra 18 manata, forel isə növündən asılı olaraq 12-13 manata satılır. Hətta ən çox tələbat olan İran forelləri və suprada belə qiymət artımı qaçılmaz olub. Satıcıların sözlərinə görə, idxal xərclərinin artması ilə yanaşı, yerli məhsulun qıtlığı da qiymətləri yuxarı çəkən əsas amillərdən biridir.
Yerli balıq həsrəti isə artıq ciddi xarakter alıb. Satıcılar gileylənirlər ki, Xəzər dənizindən çıxarılan balıqların həcmi son dərəcə azalıb. Bazara nadir hallarda çıxarılan yerli balıqlar elə ilk dəqiqələrdəcə satılıb qurtarır. Çay balıqlarında da bənzər vəziyyət yaşanır. Çeşid az, qiymət isə bahadır. Belə görünür ki, dəniz məhsulları həvəskarları bir müddət ya cibini daha çox boşaltmalı, ya da idxal məhsulları ilə kifayətlənməli olacaqlar.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri