Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Qışın soyuğunda ürəyinizi isidəcək Milad filmləri

Qışın soyuğunda ürəyinizi isidəcək Milad filmləri

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əgər hazırsınızsa, yenidən başlayırıq, çünki qışın ən gözəl tərəfi olan sirli-sehirli bayram artıq astanadadır. Milad bayramı, ardınca da Yeni il çoxumuzun hər il səbirsizliklə gözlədiyi, qış aylarını sevməyənlərin belə üzündə təbəssüm yaradan əsas səbəbdir. Yeni başlanğıcların müjdəçisi olan hər iki bayram dünyanın müxtəlif yerlərində fərqli adət-ənənələr və böyük şövqlə qarşılanır. Bu müxtəliflikləri ekranlara çatdıran filmlərə tamaşa etmək isə uzun illərdir ki, hər birimizin bayram planlarının ayrılmaz hissəsidir. 

Banco.az bu il də ənənəsinə sadiq qalaraq sizin üçün həm yeni, həm də köhnə Milad filmlərini bir yerə cəmləşdirib. İsti içkilərinizi götürün, başlayaq.

1. Operation Christmas Drop

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Məqalənin başlanğıc filmi bizi soyuq qış günlərində isti diyarlara aparır. Rejissor Martin Vudun ərsəyə gətirdiyi film ABŞ Hərbi Hava Qüvvələrinin real həyatda həyata keçirdiyi eyni adlı humanitar missiyadan ilhamlanaraq çəkilmişdir.

Vaşinqtonda konqres köməkçisi işləyən Erikaya Milad ərəfəsi ABŞ Hərbi Hava Qüvvələri bazasını araşdırmaq tapşırılır. Məqsəd isə bazanın bağlanması üçün əsas tapmaqdır. Çıxdığı səfərdə Erikanın yolu kapitan Endryu ilə kəsişir. Endryunun onu bazanın fəaliyyətinin davam etməsinin vacibliyinə inandırmağa cəmi iki günü var. 

2. Deck the Halls

Buraxılış ili: 2006

Ölkə: ABŞ

İkinci film üçün bir qədər keçmişə, 2000-ci illərin əvvəllərinə yollanırıq. 2006-cı ildə komediya janrında çəkilmiş "Deck the Halls" filmi baş rollarda Denni DeVito və Metyu Broderiki görüşdürüb.

ABŞ-ın Massaçusets ştatının uydurma Klovdeyl qəsəbəsində yaşayan optometrist və Milad həvəskarı Stiv Finç ailəsi ilə birlikdə ənənəvi Milad bayramı keçirməyi planlaşdırır. Lakin yeni qonşusu Badi Hallın evi kosmosdan görünəcək qədər işıqlarla bəzəmək istəyi Stivin planlarını pozur. İki qonşu arasında başlayan rəqabət olduqca gülməli hadisələrə səbəb olur.

3. Twas the Text Before Christmas

Buraxılış ili: 2006

Ölkə: ABŞ

Film səhvən göndərilən bir mesajın iki yad insanı birləşdirən hekayəsindən bəhs edir. 

Nyu-Yorkda yaşayan Edi uşaqlıqdan bəri sahib olduğu vərdişləri dəyişməyi sevməyən, fərqli təcrübələrə qapalı bir insandır. İllərdir eyni xəstəxanada işləyən qəhrəmanımız həm peşəkar, həm də şəxsi həyatında cəsarətli addımlar atmalıdır. Dəyişməyə cəsarət axtaran Ediyə təsadüfən "Nana" adlı yaşlı bir qadından ismarış gəlir. Bu təsadüfi ismarış hər iki qadının həyatına Milad bayramının sehirli toxunuşu ilə rəng qatacaq.

4. Our Little Secret

Buraxılış ili: 2024

Ölkə: ABŞ

Siyahının dördüncü filmi yeni həyatlarında keçmişin izləri ilə qarşılaşan iki insanı təqdim edir. Öz yeni partnyorlarının bacı-qardaş olduğunu öyrənən keçmiş sevgililər Milad bayramını eyni dam altında keçirməli olurlar. Keçmiş münasibətlərini gizli saxlamağa qərar verən Averi və Loqan hadisələrin gedişinə təsir edə biləcəklərmi?

5. Meet Me Next Christmas

Buraxılış ili: 2024

Ölkə: ABŞ

Nyu-Yorkun Milad sehri və filmin romantik dünyası tamaşaçıları ovsunlamaqda olduqda iddialıdır. "Meet Me Next Christmas" Layla adlı bir qadının Nyu-York şəhərində keçirilən və biletləri tükənmiş Pentatonix Milad konsertinə bilet tapmaq üçün keçdiyi macəraları və bu müddətdə yaşadığı romantik hadisələri əks etdirir. Filmdə məşhur akapella qrupu “Pentatonix” də öz musiqiləri ilə iştirak edir ki, bu da musiqi sevərlərin marağını çəkə bilər.

Ən sərfəli kredit üçün müraciət et

6. The Snow Sister

Buraxılış ili: 2024

Ölkə: Norveç

Maja Lunde və Lisa Aisato tərəfindən yazılmış eyni adlı uşaq kitabının motivləri əsasında ərsəyə gəlmiş bu film Milad möcüzəsi üçün ideal atmosfer vəd edən Norveçin kənd yerlərində çəkilib. 

Film bacısının vəfatından sonra bayram sevincini itirən ailəsi ilə birlikdə dərin kədərə məruz qalan 11 yaşlı Culianın hekayəsindən bəhs edir. Günlərin bir günü Culianın yolu Miladı çox sevən Hedviqlə kəsişir. Maraqlıdır ki, uşaqların arasında yaranan dostluq Culianı yenidən Milad möcüzələrinə inandıra biləcəkmi?

7. Christmas on Windmill Way

Buraxılış ili: 2023

Ölkə: Kanada və ABŞ

Yeddinci filmimiz Kanadanın Ontario əyalətində yerləşən Nort-bey  şəhərində çəkilib. Buranın mənzərəli təbiəti və kiçik şəhər atmosferi filmin bayram ruhunu əks etdirmək üçün ideal fon təmin edir. 

Qəhrəmanımız Miya Meyer nənəsinin ənənəvi Milad kulinariya müsabiqəsində qalib gələcəyindən əmindir. Halbuki yaşlı qadının Miyadan gizlətdiyi xoşagəlməz bir sirr var. Hadisələrin gedişində yenidən peyda olan gənc qızın keçmiş sevgilisi bayram ərəfəsini daha da çətinləşdirə bilər.

8. Serendipity

Buraxılış ili: 2001

Ölkə: ABŞ

Yenidən yollanırıq 2000-ci illərin əvvəllərinə. Piter Çelsom tərəfindən 2001-ci ildə çəkilmiş film təsadüfi bir görüşdən sonra bir-birilərini itirən və illər sonra yenidən bir araya gəlməyə çalışan iki insanın hekayəsindən bəhs edir. 

Nəzərinizə çatdıraq ki, "Serendipity" sözü ingilis dilində "xoşbəxt təsadüf" və ya "gözlənilməz, lakin xoş nəticə" mənasını verir. Bu termin, axtarılmayan və ya planlaşdırılmayan halda, təsadüfən dəyərli və ya maraqlı bir şeyin kəşf edilməsini ifadə edir. 

9. Catering Christmas 

Buraxılış ili: 2022

Ölkə: ABŞ

Gənc katerinq ustası Molli Frost məşhur Harrison Fondunun illik Milad Qalası üçün perfeksionist Cin Harrison tərəfindən işə götürülür. Lakin vəziyyət Mollinin Cinin fonda rəhbərlik etmək niyyəti olmayan fotoqraf bacısı oğlu Karsona aşiq olması ilə daha da çətinləşir. 

10. That Christmas

Buraxılış ili: 2024

Ölkə: Birləşmiş Krallıq

Siyahını şübhəsiz ki, animasiya filmi olmadan yekunlaşdıra bilməzdik. 19 oktyabr 2024-cü ildə BFI London Film Festivalında təqdim olunmuş film rejissor Simon Ottonun debüt işidir və senarisi Riçard Kurtis və Piter Souter tərəfindən yazılmışdır. Süjet Kurtisin "That Christmas and Other Stories" adlı qısa hekayələr toplusuna əsaslanır və Wellington-on-Sea şəhərində yaşayan insanların bir-biri ilə əlaqəli hekayələrini izləyir.

Siyahını tamamlayarkən hər birinizə xoş seyirlər diləyir və arzu edirik ki, Milad möcüzəsi həyatımıza sehrli anlar və unudulmaz xatirələr gətirsin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://banco.az
archiveBu xəbər 20 Dekabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri