Rusiya qışın soyuğunda Avropanı QAZSIZ QOYUR Əlavə poblemlər də yaranacaq...
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qazprom” dekabrın 31-də Avropaya qaz tədarükünün azalacağı ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumata yayıb.
Bildirilib ki, yanvarın 1-də Moskva vaxtı ilə saat 8:00-da Rusiya şirkətinin “Moldovaqaz”la müqaviləsi başa çatır. Yanvarın 1-nə qədər son anda gözlənilməz razılaşma əldə olunmasa, qazın verilişinin dayandırılması ehtimalı var.
"Reuters" qeyd edib ki, Rusiyadan ucuz qazın tədarükü dayanarsa, bu, Avropa ölkələrində iqtisadi artımın yavaşlamasına və inflyasiyanın artmasına səbəb ola bilər.
Vurğulanıb ki, Slovakiya və Avstriya artıq qaz almaq üçün alternativ variantlar tapıb, Macarıstan isə “Türk axını” ilə Rusiya yanacağını almağa davam edəcək. Eyni zamanda tədarükün dayandırılmasından ən çox Moldova zərər çəkəcək.
Hüseyn İbadlı
Baxış sayı:99
Bu xəbər 31 Dekabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















