Qısqanc qadın keçmiş ərinin evinə OD VURDU
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Rusiyanın Perm diyarında 37 yaşlı qadın keçmiş ərinin evini qısqanclıq zəminində yandırmaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisəni törədən qadın saxlanılıb.
İstintaqın məlumatına görə, qadın gecə vaxtı qısqanclıq səbəbindən keçmiş ərinin yaşadığı evi yandırıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb, lakin eyvan və dam örtüyünün bir hissəsi yanıb. Hadisə zamanı kişi evdə olmayıb.
Şübhəlinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. İstintaq davam edir.
Baxış sayı:51
Bu xəbər 27 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















