Icma.az
close
up
RU
Qışqırmaq olmaz, oxumaq lazımdır

Qışqırmaq olmaz, oxumaq lazımdır

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyevin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Son vaxtlar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində müəyyən boşluqlar hiss olunur. Yəqin ki siz də bunu təsdiqləyərsiniz. Boşluqların bir qismi bayağı mahnıların sürətlə artması və buna marağın önə çəkilməsi ilə bağlıdır. Sizcə, bu mahnıların artmasında müğənnilər günahkardır, yoxsa cəmiyyət?

- Cəmiyyət, televiziyalar, kanallar, saytlar, özbaşınalıqlar. Bəzi kanallar pulludur, yəni ödənişli kanallardır. Burada müğənni ödəniş edir və çıxır oxuyur. Deyir ki, mən nə istəyirəm oxuyuram. Əvvəllər bizdə Bədii Şura var idi. Kimin ağzı nə idi ki, indiki adamlar çıxıb efirdə oxuyaydı, onları heç Azərbaycan televiziyasının qapısından içəri buraxmazdılar. Amma mən "Dan ulduzu" instrumental ansamblının, Dövlət Mahnı Rəqs ansamblının solisti olduğuma görə maşınımla içəri keçirdim, Gülarə xanım da yanımda otururdu. Amma o rəhmətlik Əbülfət, İslam Rzayev onlar qapıda dayanırdılar, gözləyirdilər ki, icazə gəlsin. Əli Mirəliyev bax budur.

- Bugünkü gənclik məhz elə bayağı mahnılara üstünlük verir. Hətta qulaqcıqlarla qulaq asırlar. Bununla bağlı fikirləriniz necədir?

- Demək istəyirəm ki, Ramiz Mirişli o mənim atama oxşayıb. Ona "dədə" deyirdim. O mahnı rəqs ansamblında bizim rəhbər idi. Əvvəlcə Telman Hacıyev idi, sonra Telman rəhmətə getdi, Ramiz gəldi. Hər ikisinə Allah rəhmət eləsin. Böyük bəstəkarlar olublar. Ramiz o vaxtı mənə dedi ki, Tofiq Quliyevi yanına çağırır. Tofiq Üzeyirin məktəbini keçib, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Hökümə Nəcəfova Üzeyir məktəbi keçiblər. Üzeyir məktəbi keçmək bilirsiniz nə deməkdir? Üzeyir Tofiqi yanına çağırıb deyib ki, elə mahnı yaz ki camaat belə istəyir. O vaxtı ara-sıra belə mahnıları olub. Amma Üzeyir onlarla mübarizə aparıb. Biz püxtələşə-püxtələşə yerimizi bizdən sonra gələn nəslə veririk, ötürürük. İndi bunlar bu nəslə nə ötürəcəklər? Mən ötürdüm məni qəbul eləmədi. Bəs siz nə ötürəcəksiniz? Ay canı yanmış, Əndamı yanmış. Utanmırsınız?

- Biz indi yeni müğənniləri götürək. Məsələn, Üzeyir Mehdizadəni götürək. Azərbaycanda sevilmir, biz onu danlayırıq. Amma Türkiyədə fanatları həddindən artıq çoxdur. Bu nədən irəli gəlir?

- O qədər qonşu xalqlar var ki belə mahnıları başa düşürlər. Axı onlar sözün mənasını bilmirlər. Səsi də elə onlara yaxın oxuyur. Yəni biz onlara rusca başqa şey deyirik. Bu küçə oxumağıdır. Üzeyirin səsi yoxdur. Amma özü çox qabiliyyətli uşaqdır. Qışqırmaq olmaz, oxumaq lazımdır. Mən demək istəyirəm ki, Üzeyir Mehdizadə çox tərbiyəli oğlandır. Amma çox tərbiyəsiz musiqilər yazıb oxuyub.

- Xalqımızın zövqünü necə düzəldə bilərik?

- Mən artıq 30 ilə yaxındır ki, deyirəm. 90-cı illər Yanvar hadisələri oldu. Bizim bütün özünə hörmət edən müğənnilər bir neçə müddət oxumağı saxladılar. Orada müddət boşluq oldu. Biz kənara çəkildik. O alaq otları basdılar, girdilər. Zeynəb, Şövkət, Gülağa oxumadı. Biz oxumadıq, biz dayandıq. Dedik "Düz deyil, gündə meyidlər gəlir. Mən necə oxuyum? Mənə nə deyərlər?". Abır-həyamızı saxladıq. Amma onlar orda-burda konsert verdilər. Elariz, Səməd Səmədov. Yəni demək deyil ki, bunlar ki girdilər bizim musiqiyə bütün bizim çəkdiyimiz, gördüyümüz o məktəb elə bil ki bizim beynimizi şəxsən mənim beynimi elə bil tok vururdu. Bayağı mahnıları efirə gətirdilər adını "Şanson" qoydular.

- Müasir dövrdə adını müğənni qoyanlar dəyərli xalq və bəstəkar mahnılarımızı yeni üslubda oxuyub qol-qanadını qırırlar. Bunun qarşısı alınmalıdır. Sizcə bunu necə etmək olar?

- Yenə də deyirəm 3-4 nəfər adam olsun musiqini bilən, şeriyyatı bilən, yəni ki əruzu bilən, muğamı bilən, yəni sözün mənasını dərk edən komissiyanın üzvü olsun. O qurum yaransın ki, həm də bəstəkar. Deməsinlər ki orda mən necə istəyirəm elə oxuyuram. Sözün deyiliş qaydası var, sən sındırırsan, vurğusunu itirirsən, bilmirsən səslidir, səssizdir, hansı saitlərdir bilmirsən. Ona görə bunlar bilmirlər səsli, səssiz saitlər, samitlər var. Ona görə o Bədii Şura olmalıdır, mütləq olacaq, nə vaxtsa bu olacaq, mən inanıram ki, olacaq. Bədii Şura olmasa bu iş düzəlməyəcək.

- Bayağı müğənnilərin ucbatından Azərbaycan televiziyalarına həsrət qalmışıq. Siz korifey sənətkarlar olaraq bayağılığı niyə tənqid edib qadağalar tələb etmirsiniz?

- Mən neçə ildir deyirəm. Millət məndən soruşur. Dərdlərini mənə deyirlər. Azərbaycan Mədəniyyət Nazirliyi sizdən xahiş edirəm bizə kömək edin. Biz ortaya çıxaq bu cavanlara kömək edək, düz yol göstərək. Axı bu bizim borcumuzdur. Bir qurum yaradın ki, biz televiziyanı təmizləyək.

- Gənc müğənnilərdən kimi dinləyirsiniz?

- Ən çox sevdiyim və dinlədiyim müğənni Eltondur. Başda da Teymur Əmrahdır. Elton Teymur Əmrahın tələbəsidir. Samir Piriyev, Nadir Qafarzadə, Aygün Bəylər, Gülü Muradova və s. Onların çox əla səsi var. Mirələmin də yaxşı səsi və avazı var.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri