Icma.az
close
up
RU
Qiyamət günündən öncə peydə olacaq varlıq: Yerin altından bu xəbərlə çıxacaq

Qiyamət günündən öncə peydə olacaq varlıq: Yerin altından bu xəbərlə çıxacaq

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

"Dəbbətül-ərz" İslam esxatologiyasında axır zaman və ya qiyamətdən əvvəl görüləcəyinə inanılan məxluqdur. Ərəbcədə "Dəbbə" canlı, heyvan və ya məxluq, "ərz" yer və ya məkan anlamına gəlir.

Teleqraf.com bu mövzu ilə bağlı materialı təqdim edir.

Dəbbətül-ərzin gəlişi İslamda "qiyamət günü"nün əsas əlamətlərindən biridir. Qurana görə, o, Günəş Qərbdən çıxanda gələcək. O vaxt tövbə aradan götürüləcək, heç bir tövbə və əməl qəbul edilməyəcək.

Başqa bir rəvayətə görə, "Dəbbətül-ərz" insanların alnına cənnət və cəhənnəmin möhürlərini vuracaq.

Qiyamətin böyük əlamətlərindən sayılan "Dəbbətül-ərz" haqqında Quranda ətraflı məlumat yoxdur. Sadəcə, "Nəml" surəsində onun yerin altından çıxacağı və kafirləri möminlərdən ayıracağı bildirilir. Digər səmavi dinlərdə isə "Dəbbətül-ərz"in axır zamanın xəbərçisinin kim olduğunu bütün dünyaya bildirəcəyinə inanılır.

Bu sözü “mübarizə aparmaq” anlamına çəkənlər də var. Onun yer altında mübarizə aparan qorxunc bir canlı olması ilə bağlı müxtəlif şərhlər verilib. Bəzi din alimlərinə görə, "Dəbbətül-ərz" hər şeyi əhatə edən internet, digərlərinə görə isə virusa səbəb olan kiçik qurdlardır. Bəzi mənbələrdə "Dəbbətül-ərz"in özünü “Cessase” adı (“Dəccalın casusu”, “Fitnənin xəbərçisi”) ilə insanlara təqdim edəcəyi və kimin mömin, kimin kafir olduğunu açıq şəkildə deyəcəyi bildirilir.

Qiyamət əlamətlərindən biri hesab edilən əfsanəvi varlıq haqda "Əhdi-ətiq"də müxtəlif adlarla bəhs olunur. Əjdahayabənzər olduğu deyilir, Livyatan və Rahav kimi adları var.

"Əhdi-cədid"də Şeytanla eyni tutulan "Dəbbətül-ərz" və tərəfdarlarının Allaha qarşı çıxacağı, sonda məğlub olacağı yazılır. Bu əfsanənin kökünün Babil mədəniyyətindən gəlməsi fikri də var. Dini mənbələrə görə, Dəccal anlayışı da "Dəbbətül-ərz" hekayəsindən gəlir.

İslam mənbələrində "Dəbbətül-ərz" ifadəsi “Ağacqurdu” və ya “Qiyamət günü yerdən çıxacaq varlıq” mənasında işlənilir. Digər mənbələrdə də qeyri-adi varlıq olmaqla yanaşı, insan obrazında da təsvir edilib.

Quranın "Nəml" surəsinin 82-ci ayəsində "Dəbbetül-ərz"dən belə bəhs olunur:

“Qiyamət saatı yaxınlaşıb onlara verdiyimiz əzab vədi gəldikdə, yerin altından elə bir məxluq çıxardacağıq. O, ayələrimizə kimin inanıb, kimin inanmadığını xəbər verəcək”.

"Dəbbətül-ərz"in xüsusiyyətləri "Kütübi sit"də və bəzi yəhudi rəvayətlərində də açıqlanıb. Həmin mənbələrə görə, "Dəbbətül-ərz" boyu 60 arşın olan, bədəni tüklü, saqqallı, buynuzlu, qanadlı, öküz başlı, donuz gözlü, fil qulaqlı, yalılı, pələng rəngli və qoç quyruqlu nəhəng bir məxluqdur. Bir səhər əlində Süleymanın möhürü və Musanın əsasıyla qara at sürətilə Məkkə, Əcyad qəbiləsi, Səfa təpəliyi, Tixama vadisi, Əbu Qubeys dağı və ya Sodom şəhərində görünəcək. Başı buludlara dəyən və buynuzları arasında bir fərsəxlik məsafə olan nəhəng məxluqdur.

İslam din adamlarının "Dəbbətül-ərz"lə bağlı ən müxtəlif fikirləri var.

Bəziləri onun vaxtilə mövcud olduğu və Qiyamət əlamətləri ilə heç bir əlaqəsinin olmadığını deyirlər. Bu düşüncədə olanlar "Dəbbətül-ərz"ə sadəcə Qiyamətin təsviri kimi yanaşırlar.

Bəzi din adamlarına görə, "Dəbbətül-ərz" pis, zərərli insanlardır. Bunu casus anlamında işlədənlər də var.

Bəzilərinə görə də, o, bir insan yox, qorxunc heyvan qrupu olacaq.

Müəyyən bir kəsim üçün "Dəbbətül-ərz" Qiyamətdən əvvəl insanları Allahın ayələrinə inanmağa çağıracaq nəhəng bir yayım cihazdır.

Başqa bir qrupun fikrincə, bu məxluqun Allahın adından danışan bir növ elçi olması mümkündür.

Bəzilərinə görə də, "Dəbbətün min əl-ərz" "Əl-Furqan" surəsinin 30-cu ayəsində qeyd olunduğu kimi, Qiyamət günü İslam ümmətini məzəmmət edəcək dünyadan olan biridir.

Nəticə etibarilə İslamda "Dəbbətül-ərz" haqqında çoxlu müzakirələr var və qəti bir qərara gəlinməyib. Halbuki inanca görə, "Dəbbətül-ərz" mütləq axır zamana yaxın zühur edəcək və onun əslində nə, yaxud kim olduğunu yalnız Allah bilir.

Dini inanca əsaslanaraq, "Dəbbətül-ərz"lə yanaşı, Qiyamətin digər əlamətlərini belə sıralamaq olar: Yəcuc və Məcucun səddi aşaraq dünyada müharibə və xaosa səbəb olması, Məsihin yer üzünə enərək nizamı bərpa etməsi və Günəşin Qərbdən çıxması.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Noyabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see222

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see171

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see143

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see132

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see131

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see130

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see126

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see125

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see123

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see120

Ərdoğan ABŞ yə çağırış etdi

02 Sentyabr 2025 19:26see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri