Icma.az
close
up
RU
“Qiymətlərin yüksəlməsi imkan verir ki, sahibkarlar yerli heyvandarlığın inkişafına daha çox diqqət etsinlər”

“Qiymətlərin yüksəlməsi imkan verir ki, sahibkarlar yerli heyvandarlığın inkişafına daha çox diqqət etsinlər”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,97 milyon ABŞ dolları dəyərində 310,33 ton qoyun əti idxal edib. Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 55 % çoxdur. Hesabat dövründə Azərbaycan Monqolustandan 979,6 min ABŞ dolları dəyərində məhsul alıb.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, diri iribuynuzlu heyvanların gətirilmə istiqaməti əsasən Gürcüstan, Rusiya və Qazaxıstandır.

Xalid Kərimli

“Ölkədə, yerli bazarda ət idxalının artmasının əsas səbəbi ətin qiymətlərinin yüksəlməsidir. Ətin qiymətlərinin yüksəlməsi imkan verir ki, idxalçılar xaricdən ət alaraq ölkə daxilində mənfəətli şəkildə sata bilsinlər. Yəni ölkə daxilində ət qiymətlərinin yüksəlməsi idxalın genişlənməsinə gətirib çıxarıb. Ölkə daxilində də ət qiymətinin bahalaşmasının əsas səbəbi həm əhalinin tələbatının yüksəlməsidir, eyni zamanda ölkədə saxlanılan heyvanların sayındakı azalmadır. Həmçinin son 10 ildə xırdabuynuzlu heyvanlarda 25 % -ə qədər azalma var, iribuynuzlu heyvanlarda da təqribən 10%-ə qədər saxlanılan heyvan sayında azalma mövcuddur. Təbii ki, bu azalma bazara çıxarılan ət həcminin də təklifini aşağı düşməsinə gətirib çıxarır, paralel olaraq da, heyvandarlıqda saxlanma xərclərinin artması, yetişdirmə xərclərinin artması qiymətləri yüksəldir və bu zaman heyvandarlıq sahəsində daha yaxşı rəqabət üstünlüyünə malik olan, xərc rəqabəti üstünlüyünə malik olan ölkələrdən ət idxalını artırır.

Ölkəyə xırdabuynuzlu dondurulmuş heyvan ətləri əsasən Monqolustandan gətirilir. Eyni zamanda diri qoyun və keçi Gürcüstan və Rusiyadan ölkəyə gətirilir. Dondurulmuş mal ətinin gəlmə istiqaməti əsasən Ukrayna, Rusiya və Braziliyadır. Diri iribuynuzlu heyvanların gətirilmə istiqaməti isə əsasən Gürcüstan, Rusiya və Qazaxıstandır. Qiymətlər yüksəldikcə bu ölkələrdən idxal artır, eyni zamanda da idxal az olsa qiymətlər daha da yüksələ bilər. Yəni bu idxalın indiki çərçivədə yerli məhsulların bazarlara çıxarılmasının azalması fonunda idxalın yüksəlməsi qiymətlərin həddən artıq yüksəlməsinin qarşısını alır. İdxal olmasaydı qiymətlər indiki qiymətdən ən az 50-60 % daha baha olardı.

Burda digər məqam idxalın genişlənməsi-yerli heyvandarların təsiri ilə alaqədar məsələdir. İdxalın stimullaşmasının əsas səbəblərindən biri yerli məhsulların qiymətinin kəskin bahalaşmasıdır. İnsanların damaq dadı və vərdişləri isə onları yerli və təzə məhsullara üstünlük verməyə sövq edir. Dondurulmuş ət daha ucuz olsa da, əhali xüsusilə rayonlarda yetişdirilən heyvanların ətinə daha çox üstünlük verir. Həm vətəndaş hesab edir ki, yeni kəsilmiş ət daha faydalıdır, eyni zamanda yerli məhsul idxal edilən məhsulla müqayisədə daha dadlıdır. Vərdiş edilmiş damaq dadı idxal qarşısında yerli məhsullara üstünlük yaradır. Bu baxımdan idxalın yerli istehsalı, yerli heyvandarlığa mənfi təsir edəcəyinə dair fikirləri o qədər də bölüşmürəm. Əksinə qiymətlərin yüksəlməsi imkan verir ki, sahibkarlar yerli heyvandarlığın inkişafına daha çox diqqət etsinlər. Qiymətin yüksəlməsi həm də bu sahədə imkanların yaranmasına gətirib çıxarır. Sahibkarlar tədricən bu sahəyə diqqət yetirməyə başlayacaqlar, çünki qiymətin yüksəlməsi və marjanın artması realizasiya probleminin olmaması bu sahədə getdikcə artan mənfəət marjasına marağı formalaşdırmalıdır”,- deyə Xalid Kərimli vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri