Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Bu gün məktəb yaşında, hələ həyatın nə olduğunu tam dərk etməyən qızların başına böyüklərin qərarlarını qoymaq nə dərəcədə dogrudur?!
Sonra isə illər keçəndə onlardan həmin seçimin məsuliyyətini daşımağı gözləyirik.
Mən hicaba, dinə və heç kimin inancına qarşı deyiləm. Yetkin insanın öz inancı və öz seçimi var, buna hörmət etmək lazımdır. Amma burada uşağın seçimindən danışırıqsa, əvvəlcə onun seçmək üçün nə qədər azad və şüurlu olduğunu düşünməliyik!...
Uşaq hələ həyatı tanımır. O, dünyanı ailəsinin göstərdiyi pəncərədən görür. Bu gün valideyninin dediyi onun üçün həqiqət ola bilər. Amma illər keçir, uşaq böyüyür, təhsil alır, dünyanı tanıyır, başqa insanlarla qarşılaşır və öz düşüncəsini formalaşdırır.
Bəlkə sabah yenə həmin yolu seçəcək. Bəlkə də başqa yol seçəcək.
Əsas məsələ budur ki, seçim onun olsun.
Çünki biz uşağa öz dəyərlərimizi öyrədə bilərik, amma onun gələcəyini onun əvəzinə yaşaya bilmərik.
Qız uşağına yalnız necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır. Ona təhsil, özünəinam, iqtisadi müstəqillik və "mənim də seçim haqqım var” deyə biləcək güc vermək lazımdır.
Çünki bir gün o uşaq böyüyəcək. Və həmin gün bizim onun üçün verdiyimiz qərarlar yox, onun öz qərarları ilə yaşamaq bacarığı daha vacib olacaq! Biz qızlarımızın başına nə qoyduğumuzdan əvvəl, beyninə nə qoyduğumuzu düşünək. Burda əsas meyar uşağın görünüşü yox, onu təhsili,savadı,potensialı ön planda olmalıdır!
QANUN HƏR KƏS ÜÇÜN QANUNDU! BU GÜN BU ÖLKƏDƏ YAŞAYIRIQSA, ÖLKƏNİN QAYDA QANUNLARINA DA RİAYƏT ETMƏYİ BACARMALIYIQ!!
Şairə, jurnalist Dürdanə Abbasqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 13 Oktyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















