Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

“Təhsildə süni intellektdən əvvəl düşünməyi öyrətmək lazımdır...” EKSPERT

“Təhsildə süni intellektdən əvvəl düşünməyi öyrətmək lazımdır...” EKSPERT

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.” (Konfutsi)

"Düşünə bilməyənin süni intellekt nəyinə lazımdır?.."

“Düşünməyi bacarmayan insanın intellektini Sİ gücləndirə bilməz. Necə ki, düşünməyi bacarmayan  insana  xarici dil bilgisi kömək edə bilmir…”

“Əgər şagird  məntiqi əlaqə qura bilmirsə,  səbəb-nəticə münasibətlərini başa düşmürsə, faktla fikri ayırd edə bilmirsə, arqument qurmağı bacarmırsa, onda “ChatGPT” ona yalnız gözəl cümlələr verəcək...”

“Son illərdə tez-tez belə sual verilir: "Süni intellekt müəllimləri əvəz edəcəkmi?".  Sualın belə  qoyuluşu düzgün deyil.  Sual belə qoyulmalıdır:  Sİ hansı müəllimləri əvəz edəcək?..”

“Düşünməyi öyrətmək hələ də  insanın missiyasıdır...”  

“Sİ  insanın beynini əvəz etməməlidir.  Əksinə,  onu daha çox işləməyə məcbur etməlidir…"

****      ****       ****       ****       ****

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsildə süni intellektdən əvvəl düşünməyi öyrətmək lazımdır...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Son iki ildə dünyada təhsil sahəsində ən çox işlədilən anlayışlardan biri "süni intellekt (Sİ) təhsili dəyişəcək"    tezisidir. Həqiqətən də, “ChatGPT”, “Gemini”, “Claude”, “Copilot” və digər generativ  Sİ platformaları təhsil sistemini kökündən dəyişmək gücünə malikdir. Bir çox ölkələr artıq məktəblərdə və universitetlərdə  Sİ savadlılığını kurikulumun ayrılmaz hissəsinə çevirirlər. Burada çox ciddi bir paradoks yaranır.  Süni intellekti öyrətməyə tələsən məktəblər düşünməyi öyrətməyi unudurlar . Əgər şagird düşünməyi bacarmırsa, Sİ ona nə verəcək?  Bu sual XXI əsr təhsilinin ən fundamental suallarından biridir...

Süni intellekt bilik vermir, düşüncəni gücləndirir…  

Cəmiyyətdə geniş yayılmış yanlış təsəvvür ondan ibarətdir ki, süni intellekt hər şeyi bilir.  Əslində isə Sİ bilik mənbəyi deyil,  intellektual alətdir.   Mikroskop necə görmə qabiliyyətini artırırsa,  teleskop kainatı yaxınlaşdırırsa,   kalkulyator hesablamanı sürətləndirirsə,   süni intellekt də insanın təfəkkür məhsuldarlığını artırır.   Diqqət edək ki, burada əsas söz "artırır"dır.  Artırmaq üçün əvvəlcə artırılacaq potensial olmalıdır. Əks halda “0xSİ=0”  olar… 

Düşünməyi bacarmayan insanın intellektini Sİ gücləndirə bilməz. Necə ki, düşünməyi bacarmayan  insana  xarici dil bilgisi kömək edə bilmir… 

Sİ cavab verir, amma sualı insan qurur…

Sİ-nin  ən böyük məhdudiyyəti onun cavab verməsi deyil.  Sİ-nin ən böyük məhdudiyyəti odur ki,  məqsədi o, özü müəyyən etmir.  Problemi insan qoyur. Sualı insan formalaşdırır. Nəticəni insan qiymətləndirir. Ona görə də Sİ ilə işdə  “promt mühəndisliyi”  bu qədər mühümdür. 

Əgər şagird  məntiqi əlaqə qura bilmirsə,  səbəb-nəticə münasibətlərini başa düşmürsə, faktla fikri ayırd edə bilmirsə, arqument qurmağı bacarmırsa, onda “ChatGPT” ona yalnız gözəl cümlələr verəcək.  Amma bu, onda düşüncə yaratmayacaq. 

Təhsilin əsas məqsədi nədir?.. 

Uzun illər məktəblərdə əsas məqsəd bilik vermək hesab olunurdu.  Sonra səriştələr  haqqında danışmağa başladıq.  İndi isə yeni mərhələyə daxil oluruq.  XXI əsrin məktəbinin əsas məqsədi  düşünən insan yetişdirməkdir.  Çünki gələcəkdə informasiyanın çatışmazlığı olmayacaq, çatışmayan yalnız keyfiyyətli düşüncə olacaq.  

Təhsil sisteminin ən böyük problem…  

Azərbaycan məktəblərində uzun illər ərzində (elə bu gün də) qiymətləndirilən əsas bacarıq  “yaddaş” olmuşdur.  Şagird  əzbərləyir,   təkrar edir, imtahan verir,  yüksək bal toplayır: DİM, MİQ, sertifikasiya v.s. imtahanlar yalnız əzbərləmək qabiliyyətini yoxlayır. Ona görə də  çox vaxt savadlı və təcrübəli müəllimlər daha az bal toplayırlar. Ona görə ki, istifadə edilən  testlər  faktoloji biliklərə əsaslanır. 

Bu səbəbdən çox vaxt tələbələr  “niyə”?, “necə”?, “başqa cür olsaydı nə baş verərdi”?  kimi suallara cavab verə bilmirlər. Bu isə düşüncənin deyil,  yaddaşın qiymətləndirilməsidir.  Süni intellekt isə yaddaşı deyil,  təfəkkürü gücləndirir... 

Süni intellekt müəllimi əvəz etməyəcək…

Son illərdə tez-tez belə sual verilir: "Süni intellekt müəllimləri əvəz edəcəkmi?".  Sualın belə  qoyuluşu düzgün deyil.  Sual belə qoyulmalıdır:  Sİ hansı müəllimləri əvəz edəcək? Əgər müəllimin işi yalnız kitabdakı mətni təkrar etməkdirsə,  bunu Sİ daha yaxşı edəcək.  Amma müəllim   düşündürürsə,   mübahisə yaradırsa,  tənqidi təfəkkürü inkişaf etdirirsə,  yaradıcı problemlər qoyursa, onu heç bir maşın əvəz edə bilməz.  Çünki düşünməyi öyrətmək hələ də  insanın missiyasıdır...  

Sokrat metodu yenidən qayıdır…  

2500 il əvvəl Sokrat cavab vermirdi, sual verirdi.  Bu gün Sİ  bütün cavabları verir.  Deməli,  müəllimin əsas vəzifəsi indi dəyişir, o,  artıq cavab verən deyil.  Müəllim  sual yaradan, sual verməyi  öyrədən  insandır.  Çünki düzgün sual düzgün cavabdan daha qiymətlidir…   

Sİ  dövründə "Prompt mühəndisliyi" bacarıqları  əslində yeni texnologiya deyil.  Bu,  Sokratın dialoq metodunun rəqəmsal formasıdır.  Kim düzgün sual verməyi bacarırsa, süni intellektdən maksimum faydalanacaq…

Yeni savadlılıq anlayışı

Keçmişdə savadlı insan oxuyub-yaza bilən insan idi.  Sonra kompüter savadlılığı meydana çıxdı, daha sonra rəqəmsal savadlılıq yarandı.  İndi bunlar kifayət etmir,  yeni savadlılıq anlayışı yaranır.  Yeni savadlılıq  tənqidi düşünmə,  sistemli düşünmə, yaradıcı düşünmə, etik düşünmə, süni intellektlə əməkdaşlıq bacarığının vəhdətidir. Bu bacarıqlar olmadan Sİ yalnız texniki alət olaraq qalacaq. 

Ən böyük təhlükə… 

Sİ-nin yaratdığı ən böyük təhlükə iş yerlərinin itirilməsi deyil,  əsas təhlükə təfəkkür tənbəlliyidir.  Əgər insan hər suala cavabı maşından gözləyəcəksə, o zaman daha təhlil,   müqayisə, şübhə etməyəcək,  heç nə yaratmayacaq.  Belə cəmiyyət intellektual baxımdan inkişaf edə bilməz.  Ona görə də  yeni, fərqli təhsil modeli yaratmalıyıq.   Sİ  insanın beynini əvəz etməməlidir.  Əksinə,  onu daha çox işləməyə məcbur etməlidir… 

Azərbaycan təhsili üçün strateji vəzifə…  

Bu gün Azərbaycanda əsas müzakirə mövzusu məktəblərə  Sİ-nin gətirilməsidir.   Bu vacibdir.   Lakin bundan da vacib məsələ var: şagirdlər düşünməyi öyrənirlərmi?  Əgər cavab mənfidirsə,  onda milyonlarla manatlıq texnologiya belə, gözlənilən nəticəni verməyəcək.  Necə ki, 25 ildə İKT-yə sərf edilən yüz milyonlar təhsili  az inkişaf   etdirdi. Bu gün  universitetlərə 150 balla “Komputer mühəndisli”  ixtisasına tələbə qəbul edirik… 

Məktəbdə ilk növbədə inkişaf etdirilməli olan bacarıqlar bunlar  olmalıdır:   analitik düşüncə,  məntiqi təfəkkür,  səbəb-nəticə əlaqələrini qurmaq, tənqidi yanaşma,  fikrini əsaslandırma  mədəniyyəti, problem həll etmə bacarığı.  Bu bacarıqlar formalaşdıqdan sonra  Sİ onların məhsuldarlığını on dəfələrlə artıracaq.   Əks halda Sİ yalnız "hazır cavab generatoru" kimi istifadə olunacaq…

Belə   bir qənaətə gəlirik ki,  Sİ təhsilin gələcəyidir. Amma düşünmə bacarığı təhsilin  əsasıdır.  Əsas olmadan bina tikmək mümkün olmadığı kimi, düşünmə bacarığı formalaşmadan Sİ-dən səmərəli istifadə etmək də mümkün deyil.  Bu səbəbdən XXI əsr məktəbinin əsas şüarı “əvvəl düşünməyi öyrət, sonra Sİ öyrət" olmalıdır…  

Sİ insanın yerinə düşünmək üçün yox,  insanın daha yaxşı düşünməsinə kömək etmək üçün yaradılmışdır.   Düşünə bilməyən insanın əlində ən güclü Sİ platforması belə, sadəcə bahalı kalkulyatora çevriləcək. Gələcəyin rəqabət üstünlüyü  Sİ-dən istifadə etməkdə deyil,  onu tənqidi, yaradıcı və sistemli təfəkkürlə birləşdirə bilməkdədir.  

Hesab edirik ki, milli  təhsil siyasətində yeni bir prinsip qəbul edilməlidir:  düşünmə bacarığı Sİ savadlılığının ilkin şərtidir.  Bu prinsip həyata keçirilmədən məktəblərə ən müasir Sİ  platformalarının gətirilməsi   təhsilin mahiyyətini dəyişməyəcək. Əksinə, Sİ düşüncəsi   zəif inkişaf etmiş şagirdlərdə asılılıq yarada bilər.  Bu səbəbdən  gələcəyin məktəbi ilk növbədə “təfəkkür məktəbi”, yalnız bundan sonra “Sİ  məktəbi” olmalıdır... 

Təhsil sisteminin əsas missiyası informasiya ötürmək deyil, “düşünən insan yetişdirməkdir”. Rene Dekartın təbirincə desək,  ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır.  Xüsusən də Sİ dövründə.   Çünki Sİ   əsrində informasiya hər kəs üçün əlçatan olacaq, lakin onu düzgün şərh edən, tənqidi qiymətləndirən və yeni bilik yaradan insanlar həmişə cəmiyyətin ən böyük strateji kapitalı olaraq qalacaqlar. Belə insan kapitalı yaratmadan nə innovatov inkişaf, nə də rəqəmsal transformasiya mümkün deyil...”

Müəllif: 

Dosent İlham Əhmədov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Avqust 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri