Icma.az
close
up
RU
Qızdırmaya görə körpə ölümləri necə baş verir? AÇIQLAMA

Qızdırmaya görə körpə ölümləri necə baş verir? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gədəbəydə 1 yaşlı uşaq yüksək hərarətdən ölüb. Hadisə aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kəndində qeydə alınıb. Belə ki, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov yüksək hərarətlə xəstəxanaya çatdırılıb və orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Pediatr Nigar Abdulla Demokrat.az-a açıqlamasında deyib ki, yüksək hərarət adətən ölümün birbaşa səbəbi olmur:
“Əksər hallarda qızdırma bədəndə gedən daha ağır proseslərin əlamətidir. Bu proseslərin başında isə infeksiyalar dayanır. Körpələrdə infeksiya çox sürətlə yayılaraq həyati təhlükə yarada bilər. Sepsis, meningit və ya ağır pnevmoniya kimi hallar saatlar içində ağırlaşa bilər. Valideynlər bəzən ilkin simptomları adi soyuqdəymə ilə qarışdıra bilirlər. Bu isə vaxt itkisinə səbəb olur. Körpə orqanizmi böyüklərlə müqayisədə daha həssasdır. Onların immun sistemi tam formalaşmadığı üçün infeksiyalara qarşı müqavimət zəif olur. Yüksək hərarət fonunda qıcolmalar da baş verə bilər. Qıcolma əksər hallarda zərərsiz olsa da, bəzi hallarda təhlükəli nəticələrə gətirib çıxara bilər. Digər mühüm risk faktoru susuzlaşmadır. Qızdırma ilə yanaşı qusma və ya ishal varsa, vəziyyət daha da ağırlaşır. Körpə kifayət qədər maye qəbul etmədikdə orqanizm sürətlə zəifləyir. Bəzən valideynlər uşağın vəziyyətini evdə idarə etməyə çalışır”. 
O bildirib ki, bəzi hallarda mütləq tibbi müdaxilə tələb olunur:
“Vaxtında həkimə müraciət edilməməsi faciə ilə nəticələnə bilər. Bəzi nadir hallarda isə anadangəlmə problemlər də rol oynaya bilər. Bu tip hallar əvvəlcədən heç bir əlamət verməyə bilər. Yüksək hərarət sadəcə bu problemlərin üzə çıxmasına səbəb olur. Xüsusilə 1 yaşa qədər uşaqlarda vəziyyət çox tez dəyişə bilər. Hərarət 38.5 dərəcədən yuxarı qalxdıqda diqqətli olmaq vacibdir. Uşaqda halsızlıq, süstlük və ya qidalanmadan imtina varsa, dərhal həkimə müraciət olunmalıdır. Bu cür hallarda gecikmə ciddi risk yaradır. Eyni zamanda, cəmiyyət olaraq belə hadisələrdən nəticə çıxarmaq lazımdır. Maarifləndirmə və erkən müdaxilə bu cür faciələrin qarşısını almaqda əsas rol oynayır”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri