Icma.az
close
up
RU
Qızıl alanların nəzərinə Qiymətlər açıqlandı

Qızıl alanların nəzərinə Qiymətlər açıqlandı

Icma.az, Metbuat saytına istinadən bildirir.

Son zamanlar dünya bazarında qızılın qiymətində azalma müşahidə olunur. Bu tendensiyanın əsas səbəbləri nədən ibarətdir və bu dəyişikliklər Azərbaycandakı qiymətlərə necə təsir göstərir?

“Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov Metbuat.az-a açıqlamasında bildirib ki, dünya bazarında qızılın qiymətində müşahidə olunan son eniş tendensiyası bir sıra qlobal amillərlə izah olunur.

Onun sözlərinə görə, son vaxtlar qızılın qiymət dinamikasına təsir göstərən əsas amillər sırasında qlobal inflyasiya, geosiyasi risklər, ticarət münasibətlərindəki gərginliklər, eləcə də mərkəzi bankların qızıl alışı ilə bağlı siyasəti xüsusi yer tutur:

“Son günlərdə müşahidə olunan qiymət azalmaları bir neçə makroiqtisadi amillə bağlıdır. Əsas səbəblərdən biri ABŞ və Çin arasında müəyyən sabitlik yaradan ticarət razılaşmalarıdır. Vaşinqton və Pekin qarşılıqlı şəkildə tətbiq etdikləri tarifləri hazırkı 145% və 125%-dən müvafiq olaraq 90 günlük müddət ərzində 30% və 10%-ə qədər azaltmağı öhdələrinə götürüblər. Bu cür proseslər fonunda qızıla olan tələb zəifləyib və nəticədə qiymətlərdə müəyyən eniş baş verib. Eyni zamanda, ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasəti ilə bağlı gözləntilər və dolların məzənnəsindəki dəyişikliklər də investor davranışlarına təsir göstərərək qızılın qiymətində dalğalanmalara səbəb olur.

Sadalanan amillərlə və digər makroiqtisadi faktorlarla əlaqədar olaraq, may ayının əvvəlində təxminən 4 faiz artım göstərən dünya qızıl qiymətləri sonradan 1 troy unsiyası üçün 3 215 ABŞ dollarına qədər enib, daha sonra isə yenidən 2 900 ABŞ dolları səviyyəsinə yüksəlib. Azərbaycanda isə qızılın satış qiymətləri beynəlxalq bazardakı dəyişikliklərə bağlı şəkildə formalaşır.Dünya bazarında baş verən qiymət dəyişiklikləri ölkə daxilində müəyyən gecikmə və spesifik şərtlərlə öz əksini tapır”.

R.Əmircanov hazırda qızılın dünya birjalarında və Azərbaycanın daxili bazarındakı qiymət səviyyəsindən də danışıb:

“Qızılın qiymətiLondon Qiymətli Metallar Birjasında (LBMA) formalaşan tələb və təklif nisbəti əsasında müəyyənləşir. Hazırda dünya birjalarında 1 unsiya (təqribən 31.1 qram) qızılın qiyməti 3 280 – 3 290 ABŞ dolları aralığında dəyişir.

Əyar dərəcəsinə görə 1 qram qızılın dünya birjalarındakı təxmini qiymətləri belədir:

• 585 əyar – təxminən 62 ABŞ dolları,

• 750 əyar – təxminən 79 ABŞ dolları,

• 999.9 əyar – təxminən 105 ABŞ dolları.

Bu rəqəmlər dünya bazarında cari ticarət şərtləri əsasında formalaşan qiymətləri əks etdirir”.

R.Əmircanov qeyd edib ki, Azərbaycanda qızıl məmulatlarının satış qiymətlərinin yalnız metalın xalis dəyəri ilə deyil, eyni zamanda bir sıra əlavə meyarlarla müəyyən olunur:

“Bu meyarlar arasında məhsulun əyar dərəcəsi, istehsal texnologiyası, tətbiq edilən işçilik səviyyəsi, dizaynın mürəkkəbliyi, mənşə ölkəsi və brend dəyəri mühüm rol oynayır. Hər bir amil məmulatın maya dəyərinə və son satış qiymətinə birbaşa təsir göstərir. Ən çox təsir isə pərakəndə satış seqmentində hiss olunur. Bu seqmentdəki qiymət dəyişiklikləri həm qızılın beynəlxalq birjalardakı qiyməti üzrə dalğalanmalarla, həm də yerli iqtisadi və ticarət şərtlərinin dəyişməsi ilə birbaşa əlaqəlidir. Hazırda yerli bazarda 585 əyarlı qızıl məmulatlarının 1 qram üçün qiyməti 120–140 AZN, 750 əyarlı məmulatların qiyməti 155–180 AZN, 999 əyarlı məmulatların qiyməti isə 190–200 AZN diapazonunda dəyişir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:954
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 May 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri