Icma.az
close
up
RU
Qızıl bazarında tarixi yüksəliş Azərbaycan ehtiyatlarını artıran ölkələr sırasında

Qızıl bazarında tarixi yüksəliş Azərbaycan ehtiyatlarını artıran ölkələr sırasında

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Dünya üzrə qızıl ehtiyatlarının həcmi 2024-cü ildə 1% artaraq 4,974.5 tona çatıb. Beləliklə, rekord səviyyəyə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası (WGC) sonuncu hesabatında qeyd edib.

Bildirilib ki, Mərkəzi Banklar dördüncü rübdə qızıl alışlarını sürətləndirib.

Qızılın spot qiyməti ötən il 27% artaraq 2010-cu ildən bəri illik ən böyük yüksəlişini qeyd edib. Çinin ABŞ-yə qarşı tarif siyasətini yeniləməsindən sonra investorların qlobal risklərə qarşı qiymətli metala üstünlük verməsidir. Təhlükəsiz liman olan qızıla tələbin artması çərşənbə axşamı bu əmtənini dəyərinin yeni tarixi maksimuma çatmasını təmin etdi.

Statistikaya əsasən, Mərkəzi Banklar 2024-cü ildə 1000 tondan çox qızıl alıb. OTC əməliyyatları istisna olmaqla, ümumi qızıl tələbatı ötən il 1% artaraq 4,553.7 tona çatıb və 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Dünya Qızıl Şurasının rüblük hesabatına görə, bu sahədə ən böyük alıcı Polşa Milli Bankı olub və ölkə ehtiyatlarına 90 ton əlavə edib.

Ötən il qızıl ehtiyatlarını ən çox artıran 10 ölkə və onların ümumi ehtiyatları aşağıdakı kimidir:

10. Qətər – Ehtiyatlarına 10 ton qızıl əlavə edib.

9. Qana və Özbəkistan – 11 ton qızıl alıb.

8. Macarıstan – 16 ton qızıl alaraq ehtiyatlarını 110 tona çatdırıb.

7. İraq – 20 ton qızıl alaraq ehtiyatlarını artırmağa davam edib.

6. Çexiya – 20 ton qızıl alaraq ehtiyatlarını üç dəfə artırıb, ümumi ehtiyatı 50 tona çatıb.

5. Azərbaycan – 25 ton qızıl alaraq ehtiyatlarını gücləndirib.

4. Çin – 44 ton qızıl alıb, ümumi ehtiyatı 2.280 tona çatıb.

3. Hindistan – 73 ton qızıl alaraq ümumi ehtiyatını 876 tona yüksəldib.

2. Türkiyə – 75 ton qızıl alaraq ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb, ümumi ehtiyatı 528 tona çatıb.

1. Polşa – 2024-cü ilin ən böyük alıcısı olub, 90 ton qızıl alaraq ehtiyatlarını 448 tona yüksəldib.

Qeyd edək ki, 2024-cü ildə Dövlət Neft Fondunun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 1 milyard 509,7 milyon ABŞ dolları artırıb. ARDNF ötən ilin IV rübündə 19,6 ton qızıl alıb. Oktyabr 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 127 ton təşkil etdiyi halda, yanvarın 1-nə bu rəqəm 146,6 tona qədər yüksəlib. Ümumilikdə ARDNF 2024-cü ildə 44,8 ton qızıl alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri