Qızıl dəyərindədir, amma bilinmir Xərçəngdən qoruyur, qan hüceyrələrini artırır
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qırmızı bibər yalnız rəngi və dadı ilə deyil, sağlamlığa verdiyi faydalarla da mətbəximizin əvəzolunmaz tərəvəzlərindəndir. Lakin çox vaxt bu tərəvəzin toxumlarını bişirməzdən və ya yeməzdən əvvəl atırıq.
Halbuki qırmızı bibər toxumları əslində orqanizm üçün mühüm qida mənbəyidir və onları düzgün şəkildə istehlak etməklə immun sistemini gücləndirmək, xərçəng riskini azaltmaq mümkündür.
Tərkibindəki güclü antioksidantlar sağlam qalxan yaradır
Qırmızı bibər toxumları tərkibindəki antioksidant və fitokimyəvi maddələr sayəsində orqanizmdə xərçəng hüceyrələrinin yayılmasının qarşısını almağa kömək edə bilər. Xüsusilə kolon (yoğun bağırsaq) xərçənginə qarşı qoruyucu təsirə malikdir.
Ağ qan hüceyrələrinin artmasına dəstək olur
Bu toxumların digər mühüm xüsusiyyətlərindən biri də immun sistemimizin əsas müdafiəçiləri olan ağ qan hüceyrələrinin istehsalını stimullaşdırmasıdır. Bu da orqanizmin infeksiyalara və xəstəliklərə qarşı müqavimətini artırır.
Qırmızı bibər toxumlarını necə istehlak etməliyik?
Qırmızı bibər toxumlarını çiy halda yeməklərinizə əlavə edə, bişmiş bibərlə birlikdə qəbul edə və ya qurudub üyüdərək ədviyyat kimi istifadə edə bilərsiniz. Salat, şorba və tərəvəz yeməklərinə əlavə edildikdə həm dad verir, həm də sağlamlıq faydası artır.
Bibər toxumlarını israf etməyin
Ənənəvi olaraq atdığımız bu toxumlar əslində bədənimizin ehtiyac duyduğu qoruyucu gücə malikdir. Onları mətbəxinizdə istifadə etməklə həm immunitet sisteminizi möhkəmləndirə, həm də xərçəng kimi ciddi xəstəliklərin qarşısını almağa dəstək ola bilərsiniz.//E-saglam.az


