Icma.az
close
up
RU
Ayda və planetlərdə torpaq satan adam: Dennis Houpun təəccüblü hekayəsi

Ayda və planetlərdə torpaq satan adam: Dennis Houpun təəccüblü hekayəsi

Icma.az, Milli.az saytına istinadən bildirir.

1980-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Kosmos Müqaviləsindəki bir boşluğu fərq etdiyini iddia edən Dennis Houp, Ayın və Günəş sistemindəki digər planetlərin mülkiyyətinin ona məxsus olduğunu irəli sürür. Bu iddiasını müxtəlif sənədlərlə əsaslandırsa da, rəsmi hüquqi etibarlılığı yoxdur.

Milli.Az xəbər verir ki, "Ay kimindir?" sualına əksəriyyət "heç kimindir" cavabını versə də, Dennis Houp üçün cavab daha iddialıdır: "Mənim və məndən Ay satın alanların...". Onun iddiasına görə bu qrupa bir sıra keçmiş ABŞ prezidentləri də daxildir.

Kosmosda ilk "torpaq sahibi"nin doğuşu

Hər şey 1980-ci illərdə başlayıb. Təxminən bir il işsiz qalan Houp, 1967-ci ildə imzalanmış Kosmos Müqaviləsini diqqətlə araşdırıb. Müqavilədə dövlətlərin Ay və digər göy cisimləri üzərində mülkiyyət iddiası irəli sürə bilməyəcəyi açıq şəkildə qeyd olunur, lakin fərdi şəxslər haqqında heç nə deyilmir. Houp da bu hüquqi boşluqdan istifadə edə biləcəyini düşünərək hərəkətə keçib.

San-Fransiskodakı bir hökumət ofisinə gedərək Ayın bütövlükdə özünə məxsus olduğunu və eyni zamanda Günəş sistemindəki digər planet və peyklərin səthində də hüquq iddia etdiyini bildirib. Daha sonra bu iddiasını rəsmi şəkildə BMT-yə və keçmiş SSRİ-yə məktubla çatdırıb. Cavab almadığı üçün bunu "susqun razılıq" kimi dəyərləndirib.

"Lunar Embassy" ilə satışa çıxarılan planetlər

Dennis Houp sonradan "Lunar Embassy" adlı internet saytı vasitəsilə Ay və digər göy cisimlərində "torpaq satışı"na başlayıb. 2019-cu ilə qədər bu təşəbbüsdən azı 12 milyon dollar gəlir əldə etdiyi təxmin edilir. Satışa çıxarılan ərazilər arasında Venera, Merkuri və hətta Pluton da yer alır. Qiymətlər 34.99 dollardan başlayır, Plutondakı xüsusi sahələr isə mədənçilik hüquqları ilə birlikdə 250 min dollara qədər yüksəlir.

Lakin bu satışlarla bağlı kiçik bir qeydə də yer verilir: əgər həmin ərazilərdən mədənçilik yolu ilə gəlir əldə edilərsə, gəlirin 10 faizi Yer üzündəki "Qalaktik hökumət"in humanitar layihələrinə bağışlanmalıdır. Təbii ki, bu "Qalaktik hökumət" Houpun özünün yaratdığı, "konstitusiyası, konqresi və pul vahidi olan demokratik bir respublika" kimi təqdim etdiyi bir qurumdur.

Hüquqi baxımdan keçərsiz iddialar

Houp müştəriləri arasında Cimmi Karter, Ronald Reyqan və Corc Buş kimi şəxslərin də olduğunu irəli sürsə də, bütün Günəş sisteminə sahib olduğunu söylədiyi nəzərə alınarsa, bu iddialara ehtiyatla yanaşmaq məsləhətdir. Bu "əmlak alqı-satqıları" hüquqi cəhətdən keçərli sayılmır; alıcılar əslində simvolik bir sertifikat əldə edirlər.

Bununla belə, Houpun hekayəsi gələcəkdə üzləşə biləcəyimiz daha ciddi sualları gündəmə gətirir. Kosmos texnologiyalarının inkişafı ilə göy cisimlərində mülkiyyət məsələsi sırf spekulyativ mövzu olmaqdan çıxaraq real hüquqi və siyasi mübahisələrin predmetinə çevrilə bilər. Hazırda heç bir dövlət və ya beynəlxalq təşkilat Houpun iddialarını tanımır. Amma gələcəkdə Ayda otellər inşa edildikdə və ya Marsda yaşayış məntəqələri qurulduqda, bu cür mülkiyyət məsələləri yenidən müzakirəyə açılacaq.

Hələlik bu suallara dəqiq cavab verilməsə də, bir şey aydındır: kosmosdakı torpaq üstündə mübarizə gerçək mənada başladıqda, cavablar çox daha mürəkkəb və uzunmüddətli danışıqlarla formalaşacaq./qaynarinfo.az

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 İyun 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri