Qızıl külçə axtarışı başladı: tapan şəxs...
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Finlandiyanın Laplandiya bölgəsində turistləri cəlb etmək məqsədilə maraqlı aksiya təşkil olunub.
"Ölkə.az" xəbər verir ki, yerli hakimiyyət orqanları dəyəri 20 min avro olan qızıl külçəni gizlədərək xəzinə axtarışı elan ediblər. Qızıl külçəni tapan iştirakçı onu özündə saxlaya biləcək.
Məlumata görə, “Gecəyarısı günəşi altında ov” adlı kvest iyunun 18-də Levi turizm mərkəzində başlayacaq və avqustun 22-dək davam edəcək. İştirakçılar qeydiyyatdan keçdikdən sonra ilk ipucunu əldə edəcəklər.
Təşkilatçılar bildirirlər ki, qızıl külçə istənilən ipucundan sonra tapıla bilər. Bununla belə, hər yeni məlumat iştirakçıların uğur şansını artıracaq.
Qeyd olunur ki, xəzinənin axtarışı zamanı qazıntı aparmağa və ya ərazinin relyefinə müdaxilə etməyə ehtiyac yoxdur.
Levi yaşayış məntəqəsi Şimal qütb dairəsindən yuxarıda yerləşir. Yay aylarında burada gün işığı sutkada 24 saata qədər davam edir.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















