“Qızıl Pəri” münsiflər heyətinin ölçü meyarı: “SƏNƏT və PEŞƏKARLIQ” FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Kinorejissorlar Gildiyasının mətbuat xidmətinin xəbər veririki, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatının münsiflər heyəti 17 noyabr 2025-ci ildə öz işinə başlamışdır.
Artıq nominasiyada iştirak edən bir çox əsərlərə "Qızıl Pəri"nin təşkilati dəstəkçisi olan "Azərbaycanfilm" kinostudiyası və "Nizami Kino Mərkəzi"nin nümayiş zallarında əyani baxışlar başa çatmışdır. Hazırda isə fərdi qaydada filmlərə onlayn baxış keçirilir.
30 nəfər peşəkar rejissor, ssenarist, təsvir rejissoru, rəssam, bəstəkar, aktyor və prodüserdən ibarət münsiflər heyətinin rəhbəri (sədr) ssenarist, Azərbaycanın xalq şairi Ramiz Rövşəndir və onun münsiflər üçün müəyyənləşdirdiyi əsas meyar "SƏNƏT və PEŞƏKARLIQ"dır. Münsiflər Heyətinin hər bir üzvü fərdi qaydada və məxfi olaraq kodlaşdırılmış xüsusi anketlər vasitəsi ilə səs verəcəklər. 15 dekabr 2025-ci il münsiflər heyətinin səsverməsi üçün sonuncu gündür.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 03 Dekabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















