Icma.az
close
up
RU
“Qızıl top” mövzusunda müzakirələr qızışır

“Qızıl top” mövzusunda müzakirələr qızışır

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər il olduğu kimi, bu il də “Qızıl top” mövzusunda çoxlu müzakirələr var.

"Football-plus.az" xəbər verir ki, “Frans Futbol” 30 namizədin adını açıqlayandan bəri mükafata bu il kimin daha çox layiq olması ilə bağlı söhbətlər gündəmdən düşmür. Qalib sentyabrın 22-də bəlli olacaq. Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoiçkov maraqlı açıqlama verib. 1994-cü ildə bu mükafata sahib çıxmış Stoiçkovun sözündən belə qənaətə gəlmək olar ki, bu il qalibə “Qızıl top”u məhz o təqdim edəcək:

“Mənim üçün iki əsas namizəd var: biri Yamal, digəri Dembele. Fikrimcə, Çempionlar Liqasında qeydə alınan nəticələr səsvermədə mühüm rol oynayacaq. Gözləyək görək, mən mükafatı onlardan hansına təqdim edəcəm. Şəxsən mən Yamalın qalib gəlməsini istəyirəm. Mükafatı ona vermək arzusundayam. Amma digər tərəfdən, bu mükafat “Frans Futbol” tərəfindən təqdim olunur. Dembele isə fransalıdı”.


Maraqlıdı ki, Stoiçkovdan fərqli “Barsa”nın tarixində iz buraxmış digər əfsanə Ronald Kuman əsas namizədlər arasında Yamalı qeyd etməyib. Niderlandlı futbol adamı “De Oranyezomer” adlı şouda verdiyi açıqlamada bunları deyib:

“İlk “3-lüy”ə niderlandlılardan ya Van Diyki, ya da Dyumfrisi salardım. Digər namizədlərim isə Dembele və ya PSJ-dən bir başqa futbolçu, məsələn, Vitinya olardı. Pedri ilə Rafinya da var. Namizədlər çoxdu. Yamal? O heç nə qazanmayıb”.


Bu arada PSJ-nin liderlərindən olan Əşrəf Hakimi də müzakirələrə qoşularaq özünü bu mükafata layiq görüb. Mərakeşli ulduz fikrini belə əsaslandırmağa çalışıb:

“İnsanlar “Qızıl top”la bağlı müzakirələrdə tez-tez adımı çəkirlər. Əslində bu haqda düşünmürdüm. Amma indi görürəm ki, mənim də onu qazanmaq şansım var. Çünki həqiqətən də tarixi mövsüm keçirdim. ÇL-də bir mövsümdə həm 1/4 finalda, həm yarımfinalda, həm də finalda qol vuran futbolçuların sayı o qədər də çox deyil. Özü də bəziləri mənim hücumameyilli futbolçu olduğumu düşünür. Amma mən müdafiəçiyəm və ilk növbədə müdafiə haqda düşünməliyəm. Hərçənd mənim ötən mövsümdəki statistikam adi müdafiəçinin göstəricilərindən çox fərqlənir. Fikrimcə, belə göstəricilərə nail olan müdafiəçi hücumçudan daha çox alqışa layiqdi”.

“Qızıl top”un rəsmi “instaqram” səhifəsinin dünənki yanlış paylaşımı diqqəti çəkib. Səhifədə tez-tez bu mükafatın sabiq qalibləri yad olunur. Dünən, yəni avqustun 11-də həmin səhifə 2018-ci ildə “Qızıl top”u qazanmış Luka Modriçin şəklini paylaşaraq onun doğum gününü təbrik edib. İlk baxışdan burda qeyri-adi nəsə yoxdu. Amma problem ondadı ki, ünlü xorvatiyalı futbolçunun doğum tarixi 9 sentyabrdı! Modriç ora “ad günüm gələn ay olsa da, istənilən halda təşəkkür edirəm” şərhini yazıb. Amma çox keçmədən paylaşım silinib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri