“Qızıl top”u Messinin qazanacağı bildirilir, hətta uduzsa belə
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Argentina millisinin və ABŞ-nin MLS təmsilçisi “İnter Mayami”nin hücumçusu Lionel Messi DÇ-2026-nın ən yaxşı futbolçusu seçilə bilər.
İdman.Biz xəbər verir ki, yayılan məlumata əsasən, FIFA-nın Texniki Araşdırmalar Qrupu “Qızıl top” mükafatını 39 yaşlı futbolçuya vermək barədə qərar qəbul edib. İddiaya görə, Argentina finalda İspaniyaya məğlub olsa belə, seçim dəyişdirilməyəcək.
Lakin FIFA hələlik Messinin mükafatın qalibi seçildiyini rəsmən açıqlamayıb.
Messi final ərəfəsində turnirdə səkkiz qol vurub və dörd məhsuldar ötürmə verib. Argentina millisinin kapitanı həm qol, həm də assist göstəricilərinə görə mundialın ən yaxşı futbolçuları arasındadır.
Argentinalı hücumçu daha əvvəl DÇ-2014 və DÇ-2022-də “Qızıl top”a sahib çıxıb. O, dünya çempionatları tarixində bu mükafatı iki dəfə qazanan yeganə futbolçudur. Messi bu dəfə də qalib seçilsə, göstəricisini üçə çatdıraraq rekordunu yeniləyəcək.
Qeyd edək ki, DÇ-2026-nın İspaniya və Argentina milliləri arasındakı finalı bu gün - 19 iyulda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 19 İyul 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















