Icma.az
close
up
RU
Qızıl üçün üç əsas ssenari Qiymətlər necə dəyişə bilər?

Qızıl üçün üç əsas ssenari Qiymətlər necə dəyişə bilər?

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Dünya Qızıl Şurası (WGC) yayımladığı son hesabatda qızılın 2025 boyunca “əlahiddə performans” göstərdiyini açıqlayıb. Hesabata əsasən qızıl il ərzində 50-dən çox tarixi rekord qeydə alıb və 60 faizdən artıq gəlirlə investorların diqqətini cəlb edib.

Gununsesi.info Qaynarinfoya istinadən xəbər verir ki, hesabatda bu güclü performansın arxasında artan geosiyasi və iqtisadi qeyri-müəyyənlik, zəifləyən ABŞ dolları və yüksək qiymət momentumu kimi amillərin dayandığı bildirilib. Həm fərdi investorların, həm də mərkəzi bankların diversifikasiya və təhlükəsizlik məqsədi ilə qızıla yönəlməsi tələbi daha da artırıb.

WGC 2026-cı ilə dair mənzərənin əsasən davam edən geoekonomik qeyri-müəyyənlik tərəfindən formalaşdığını qeyd edib. Mövcud qiymət səviyyələrinin ümumi makroiqtisadi gözləntiləri əks etdirdiyi, şərtlər dəyişməzsə qızılın dar diapazonda hərəkət edə biləcəyi vurğulanıb.

Bununla yanaşı, 2025-ci ildə qeydə alınan sürpriz performansın oxşar inkişaflara yol aça biləcəyi qeyd edilərək, 2026-cı il də gözlənilməz hadisələrə səhnə ola bilər qiymətləndirməsi verilib.

WGC-nin təhlilində qızılın 2026 performansını müəyyən edə biləcək müxtəlif ssenarilər göstərilib. Hesabata görə:

İqtisadi artımın zəifləməsi və faiz dərəcələrinin daha da enməsi halında qızıl orta səviyyəli gəlir yaza bilər.

Qlobal risklərin artdığı kəskin iqtisadi daralma baş verərsə, qızılın çox güclü performans göstərə biləcəyi qeyd olunur.

Əksinə, Tramp administrasiyasının iqtisadi siyasətlərinin uğurlu nəticə verməsi və geosiyasi risklərin azalması ssenarisində daha sürətli artım, yüksələn faizlər və güclənən ABŞ dolları qızıl qiymətlərini aşağı çəkə bilər.

Qızıl bazarına mərkəzi bankların tələbi və qızıl geri dönüşümündəki tendensiyalar da 2026-cı il üçün əsas müəyyənedici faktorlar arasında göstərilir. WGC bu amillərin qiymətləmə davranışını əhəmiyyətli dərəcədə təsir edə biləcəyini bildirir.

Hesabatda davam edən qlobal bazar dəyişkənliyi nəzərə alınaraq qızılın portfellərdəki rolunun hələ də kritik olduğu vurğulanır. WGC qızılın diversifikasiya vasitəsi və sabitləşdirici element kimi əhəmiyyətini qoruduğunu qeyd edir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri