Bu ağrı xərçəngin əlaməti ola bilər
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Uzun müddət keçməyən boğaz ağrısı qida borusunun iltihabına işarə edə bilər. Bu vəziyyət isə zamanla xərçəng riskini artıra bilər.
Bu barədə ümumi praktika həkimi Filippa Key "Daily Mail" nəşrinə açıqlamasında xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, qida borusunun iltihabına əksər hallarda mədə möhtəviyyatının (kimus) qida borusuna geri qayıtmasına, yəni reflüksə səbəb olur. Boğaz ağrısı ilə yanaşı, bu hal öskürək, səsin xırıltılı olması, döş qəfəsində ağrı və udma çətinliyi ilə də müşayiət oluna bilər.
Mütəxəssis bildirib ki, uzun müddət davam edən iltihab nəticəsində qida borusunun selikli qişasındakı hüceyrələr dəyişə bilər. Bu proses zamanla Barret qida borusunun yaranmasına səbəb ola bilər. Həkim bunun xərçəngönü vəziyyət olduğunu, lakin mütləq şəkildə bədxassəli şişə çevrilmədiyini vurğulayıb.
Filippa Key üç həftədən artıq davam edən boğaz ağrısına laqeyd yanaşmamağa çağırıb. Uzunmüddətli mədə yanması, insana xas olmayan səs xırıltısı və boyunda bərkimə də diqqət yetirilməli əlamətlər sırasındadır.
Reflüksün əlamətlərini azaltmaq üçün həkim mədə yanmasına səbəb olan qidalardan və siqaretdən uzaq durmağı, az porsiyalarla qidalanmağı, yeməkdən sonra iki-üç saat ərzində uzanmamağı tövsiyə edib. (Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 14 Noyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















