Qızıl və şəkər ixracı dəfələrlə artdı
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın mühüm növ qeyri-neft-qaz məhsullarının ixrac göstəriciləri açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir sıra əsas məhsulların ixracında ciddi artım qeydə alınıb.
Hesabat dövründə ən böyük artım qızıl ixracında müşahidə olunub. Belə ki, 25 min 53.7 kiloqram işlənməmiş, yarımişlənmiş və ya toz şəklində qızıl ixrac edilib ki, bunun da ümumi dəyəri 3 milyard 739 milyon 661.7 min ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7.8 dəfə, nominal ifadədə isə 17.7 dəfə çoxdur. Toyuqlu pizza
Ixraca görə digər mühüm məhsullar arasında təzə meyvə, təzə tərəvəz və pambıq lifi də yer alıb. Səkkiz ay ərzində 407.9 milyon dollar dəyərində təzə meyvə (265.4 min ton), 185.1 milyon dollar dəyərində təzə tərəvəz (181.6 min ton) və 148.1 milyon dollar dəyərində pambıq lifi (103.3 min ton) xaricə satılıb. Təzə tərəvəz ixracı nominal ifadədə 11 faiz, pambıq lifi ixracı isə 18.8 faiz artıb.
Həmçinin şəkər ixracı nominal ifadədə 2.3 dəfə artaraq 91 milyon dolları (146.9 min ton), siqaret ixracı 37.6 faiz artaraq 36.9 milyon dolları (2.2 milyard ədəd), pambıq ipliyi ixracı isə 62.3 faiz artaraq 34.1 milyon dolları (15 min ton) keçib. Kartof ixracı da 5.4 faiz artaraq 29.7 milyon dollara çatıb.
Bununla yanaşı, bəzi sənaye məhsullarının ixracında azalma qeydə alınıb. Mineral gübrələr (105.1 milyon dollar), polipropilen (98.4 milyon dollar), polietilen (78.5 milyon dollar) və emal olunmamış alüminium (56.6 milyon dollar) ixracının maliyyə dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə geriləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Oktyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















