Icma.az
close
up
RU
Qızılağac körfəzi Xəzərin qulağı

Qızılağac körfəzi Xəzərin qulağı

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qızılağac körfəzi – Xəzər dənizinin cənub-qərbində, Lənkəran ovalığında yerləşən, Xəzərin ən sakit və ən canlı ekoloji bölgələrindən biridir.

Bu körfəz Qızılağac Milli Parkının bir hissəsidir.

XX əsrin əvvəllərində Azərbaycanın ərazisində Xəzər dənizi boyu su-bataqlıq quşlarının Cənub istiqamətində miqrasiyası müəyyənləşdirilib. Qızılağac körfəzi miqrasiya prosesində mühüm coğrafi əhəmiyyət kəsb etdiyi üçün 1913-1914-cü illərdən sonra xüsusi qorunan ərazi kimi mühafizə olunmağa başlanıb. Həmin əraziyə yasaqlıq statusu isə 1926-cı ildə verilib, bununla da ovçuluğa məhdudiyyət qoyulub. 1929-cu ildə Qızılağac körfəzi Xəzər dənizinin ətraf sahil zolağı ilə birlikdə qoruq elan edilib

Müəllifini yadıma sala bilmirəm, belə bir şeir yadıma düşür:

"Xəzərin cənub sahilində bir qulaq var – Qızılağac körfəzi.

Burada dəniz danışmır, amma hər şeyi eşidir.

Quşların qayıdışı, sazlıqların pıçıltısı, küləyin səsi – hamısı Xəzərin yaddaşına yazılır.

Qızılağac – dənizin nəfəsi, Xəzərin qulağıdır.

Bura təbiətin dinlədiyi yerdir".

Qədimdə xalq arasında belə bir mistik fikir var idi. Xəzər dənizi qulaqları ilə quruda baş verənləri eşidir.

Bu gün Xəzərin "qulaqları" barədə yazmaq istəyirəm. Tarixçilərin qarşısına qədim əfsanələr və rəvayətlər tez tez çıxır. Mənim də Xəzər dənizi ilə bağlı folklor və şifahi xalq ədəbiyyatına müraciət edəndə qarşıma belə bir məlumat çıxır:

Xəzər "canlı varlıq”, "dinləyən və xatırlayan dəniz”dir.

Minilliklər boyu sirrlər, səfərlər, dualar, səssiz şahidliklər bu suların yaddaşına hopub.

Ekoloji baxımdan: Qızılağac körfəzi Xəzərin hidrobioloji "dinləmə nöqtəsidir” - burada dənizin səviyyə dəyişiklikləri, səs dalğaları, quş miqrasiyası və iqlim dəyişmələri "eşidilir”.

Mistik baxımdan: bu ərazi suyun və səssizliyin ibadətgahıdır — sanki dəniz burada dünyanı dinləyir, amma cavab vermir, dəniz səviyyəsində, duzluluqda, suda oksigen miqdarında və iqlim dəyişməsində baş verən hər dəyişiklik burada dərhal hiss olunur.

Yəni Qızılağac körfəzi – Xəzərin bioloji "dinləmə orqanı”, "ekoloji qulağıdır". Qızılağac körfəzi səs dalğalarını, bioloji fəaliyyətləri və hidrologiyanı izləyərək Xəzərin ekosistem sağlamlığının göstəricisini verir.

Burada aparılan səs ölçmələri göstərir ki, suyun dərinliyindəki bioloji səslər (balıqlar, quşlar, su axınları, mikroorqanizmlər) xüsusi "fon” yaradır. Qızılağac körfəzinin səthi, dərinlik quruluşu və bioloji zənginliyi səs dalğalarının müxtəlif formalarını "yığıb saxlayan” təbii rezonator yaradır.

Körfəz, Xəzər dənizinin hidrologiyasını izləmək üçün sensor zonası rolunu oynayır — burada su səviyyəsi, duzluluq, temperatur və oksigen göstəriciləri daha sürətli dəyişir. Bu səbəbdən Qızılağac körfəzi Xəzərin ekoloji "barometri” adlandırıla bilər.

Ona görə də, "Qızılağac körfəzi — Xəzərin qulağıdır” ifadəsi metafor deyil ekoloji və fiziki reallqdır

Prof.Dr. Zaur Aliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:627
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri