Icma.az
close
up
RU
Qızılağac Milli Parkı: zəngin təbii landşaft, nadir bioresurslar

Qızılağac Milli Parkı: zəngin təbii landşaft, nadir bioresurslar

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Qızılağac Milli Parkı Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun balansında yaradılıb. Milli parkın yaradılmasında əsas məqsəd flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, elmi-tədqiqatların aparılması, turizm və istirahət üçün şəraitin yaradılması, habelə əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.

Qızılağac Milli Parkının qeyri-adi gözəlliyi qarşısında heyrətini gizlədə bilməyən dünya şöhrətli çex alimi, Karlovo Universitetinin professoru Miroslav Şvatora söhbət zamanı deyib: "Biz hardayıq?! Nağıllar aləmində, yoxsa təbiətin qoynunda? Bura, sanki, təbii konservatoriyadır". M.Şvatoranın bildirdiyinə görə, o, bu parkdakı nadir təbiət incilərinin bəzi növlərini dünyanın heç yerində görməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, hələ XX əsrin əvvəllərində Azərbaycanın ərazisində Xəzər dənizi boyu su-bataqlıq quşlarının Cənub istiqamətində miqrasiyası müəyyənləşdirilib. Qızılağac körfəzi miqrasiya edən quşların qışlaması üçün mühüm əhəmiyyət daşıyır. Bax elə buna görə də sözügedən dövrdən etibarən həmin ərazinin qorunması zərurəti yaranıb, 1913-1914-cü illərdən sonra Qızılağac körfəzi xüsusi qorunan ərazi kimi mühafizə olunub. Həmin əraziyə yasaqlıq statusu isə 1926-cı ildə verilib, bununla da ovçuluğa məhdudiyyət qoyulub. 1929-cu ildə Qızılağac körfəzi Xəzər dənizinin ətraf sahil zolağı ilə birlikdə qoruq elan edilib. Bu ərazidə hər cür təsərrüfat fəaliyyətinə də qadağa qoyulub. Qoruqda əvvəl flora və faunanın qorunmasına diqqət yetirilib. Sonradan isə elmi-tədqiqat işlərinin aparılmasına başlanılıb. Qoruğa dünyanın tanınmış elm adamları, ornitoloqlar, ixtioloqlar və hidroloqlar dəvət olunublar.

Hazırda isə Xəzər dənizinin cənub-qərbində yerləşən və milli park statusu alan Qızılağac Milli Parkının ərazisi Prezidentin müvafiq sərəncamı ilə 99 min 60 hektara çatdırılaraq, Böyük Qızılağac körfəzini və Salyan düzünün bir hissəsini əhatə edir. Qoruq Lənkəran, Masallı, Neftçala rayonlarının əraziləri ilə həmsərhəddir.

Nazirliyin məlumatına görə, Qızılağac qoruğu 1976-cı ildə YUNESKO-nun Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiyanı (Ramsar Konvensiyası) suətrafı və suda üzən quşların məskunlaşması üzrə 12 beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilib. Ərazisi müxtəlif təbii landşaft sahələrindən ibarət olan milli parkın əsas hissəsini su akvatoriyası, cəngəlliklər və quru sahələr təşkil edir.

Milli parkda şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan, gəngiz, şahsevdi, sarıbaş və s. bitkilər geniş yayılıb. Bunlardan, 4 növü az yayılıb, həmçinin, 3 növ Qafqaz endemi - hibrid qovağı, Qrosheym topgülü və sapvari bağayarpağı və 1 növ Azərbaycan endemikdir.

Qızılağac Milli Parkının zəngin təbii landşaftı və iqliminin mülayimliyi dünyanın müxtəlif yerlərindən quşların bura gəlməsinə səbəb olub. Uraldan, Tundradan, uzaq Sibirdən, Avropadan və başqa yerlərdən uçub gələn qırmızıdöş qaz, ağ durna, qu quşu, qızılquş, qızılqaz və s. ərazidə qışlayır. Misir, İraq, Sudan, Yeni Zelandiya və digər yerlərdən də bura yazda yuvalamaq üçün əsrindimdiklər, sarı və böyük Misir vağları, qırıldaqlar uçub gəlirlər. Eyni zamanda, burada sultan toyuğuna, turaca, dovdağa, ulara, qızılboğaz vəhşi qaza, çöl qartalına da rast gəlmək olur. Parkın ərazisində 270 növ quş məskunlaşır. Bu quşların 25 növü nadir quşlar kimi "Qırmızı kitab"a daxil edilib.

Qoruqda məməlilərin, sürünənlərin, suda-quruda yaşayanların və həşəratların bir çox növü yaşayır. Ərazidə məməli heyvan növlərindən çaqqal, dovşan, çöl donuzu, canavar, qamış pişiyi, çöl pişiyi, tülkü və s. rast gəlinir. Su hövzəsində isə 54 növdən çox balıq (siyənək, çəki, kütüm, kefal və s.), eyni zamanda, Xəzər suitisi məskunlaşıb: "Qızılağacın nadir bioresurslarından danışarkən, qızılquşlar fəsiləsindən olan bəzi quşlara da diqqət yetirmək yerinə düşərdi. Bunun aktuallığı bir də onunla bağlıdır ki, son vaxtlar bəzi xarici turistlər həmin quşlara xüsusi maraq göstərir, onları müxtəlif yolla ələ keçirmək istəyirlər. Yolverilməz olan bu işdə yerli işbazlar onlara dəstək olaraq xüsusi canfəşanlıq göstərirlər. Təbiətimizin əvəzsiz zənginliyini şəxsi maraqlarına dəyişirlər. Ona görə də qeyd edilən məsələ ciddi nəzarətdə saxlanılmalıdır. Yeri gəlmişkən, adı "Qırmızı kitab"a daxil edilib, təbiətin əvəzsiz incilərindən sayılan qızılquşlar (şahin) da parkda məskunlaşıb. Talış dağlarının meşə qurşağında, qayalarda və ağaclarda yuva quran qızılquşlar Qızılağac körfəzində, Ağ göldə, Azərbaycanın digər ərazilərində qışlayır, göyərçin, ördək və zağalarla qidalanırlar".

Məlumata görə, ölkə ərazisində qızılquşların bir neçə növü var. Aranda, dağlarda, Qızılağac Milli Parkında bəzən daimi, bəzən isə müvəqqəti məskən salan şahinlər "quşların cəngavərləri, igidləri" adlandırılır. Onların qorunmasına, nəslinin kəsilməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Yeri gəlmişkən, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları Qızılağac Milli Parkının ekosisteminin qorunması üçün ciddi iş rejimində işləyirlər: "İnsanlar kimi, heyvanlar və quşlar da diqqəti, nəvazişi sevirlər. Onlar insanlardan mehriban ünsiyyət görəndə yaşadıqları yerlərə daha möhkəm bağlanır, qayğı hiss etdikləri insanlardan uzaqlaşmırlar. Bu həqiqəti xatırlatmağım təsadüfi deyil. Belə ki, qu quşları əvvəllər Qızılağac Parkından uçub gedərək, yay dövrünü başqa ölkələrdə keçirirdilər. Son illərdə isə vəziyyət dəyişib. Maraqlıdır ki, həmin quşlar indi Qızılağacda həmişəlik məskən salıblar. Əlbəttə, bu, son vaxtlar Qızılağac Milli Parkında quşların mühafizəsi, artırılması, normal qaydada yemlənməsi, bir sözlə, hər cür qayğı ilə əhatə olunmasının məntiqi nəticəsidir: "Hazırda parkda əsas diqqət balıqların kürü töküb nəsil artırılması üçün əlverişli şəraitin yaradılmasına yönəldilib. Bu məqsədlə qoruğun ərazisində mövcud olan şirin su kanalları təmizlənir, balıqların rahat kürü tökməsi üçün əlverişli şərait yaradılır. Eyni zamanda, həmin kanalların dəniz ilə birbaşa əlaqəsinin bərpası diqqətdə saxlanılır. Bütün bunlarla bərabər, brakonyerlərlə ciddi şəkildə mübarizə aparılması əsas fəaliyyət meyarı kimi qəbul edilib. Bu məqsədlə ekoloji maarifləndirmə tədbirlərindən maksimum şəkildə istifadə olunur".

Nazirlikdən qeyd olunub ki, Qızılağacın nadir bioresurslarından danışarkən qızılquşlar fəsiləsindən olan bəzi quşalara da diqqət yetirmək lazımdır. Bunun aktuallığı bir də onunla bağlıdır ki, son vaxtlar bəzi xarici turistlər bu quşlara xüsusi maraq göstərir, onları müxtəlif yollarla ələ keçirmək istəyirlər. Bu isə qətiyyən yolverilməzdir. Bu işdə bəzi işbazlar onlara dəstək olaraq xüsusi canfəşanlıq göstərirlər. Təbiətimizin əvəzsiz zənginliyini şəxsi maraqlarına dəyişirlər. Qızılquşların ovlanması nəticəsində yəqin ki, vaxt gələr onlar da nəsli kəsilmiş digər canlıların siyahısına əlavə olunacaq. Hamı bu məsələlərdə çox diqqətli olmalı, ekoloqlara yaxından kömək göstərməlidir. Qeyd edək ki, adi qızılquş (Şahin) gözəlliyinə, nadirliyinə və "bacarığına" görə brakonyerlərin diqqətindən yayınmır. Halbuki adı "Qırmızı Kitab"a düşən bu quşlar təbiətimizin əvəzsiz inicisidir. Talış dağlarının meşə qurşağında, qayalarda və ağaclarda yuva quran bu quşlar Qızılağac körfəzində, Ağ göldə, Azərbaycanın digər ərazilərində qışlayır. Göyərçinlərlə, ördəklərlə, zağalarla qidalanır.

Ölkəmizin ərazisində şahinlərin bir neçə növü vardır. Aranda, dağlarda, Qızılağac Milli Parkında bəzən daimi, bəzən müvəqqəti məskən salan bu şahinlər quşların cəngavərləri sayılırlar. Təbii ki, onları qorumaq, nəslinin kəsilməsinin qarşısını almaq son dərəcə vacibdir. Onda Qızılağac Milli Parkında quşlar içərisində sanki Koroğlu nərəsini eşidirik. Qoy Qoç Koroğlunun nərəsi keçəl həmzələrin yalvarışlarının qurbanı olmasın. Bu baxımdan ovçulardan, təbiətsevərlərdən çox şey asılıdır. Milli Parkın ekosistemini qorumaq hamımızın ümumi işidir. Bunu qabartmaqda məqsədimiz odur ki, son vaxtlar Respublika ərazisində bu cür bir neçə xoşagəlməz faktın qarşısı ekoloqlarımız tərəfindən alınmışdır. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nadir quşların mühafizəsi, brokonerlik hallarının qarşısının alınması və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədi ilə ciddi tədbirlər planı hazırlamış və həyata keçirməkdədir. Sözsüz ki, bu sahədə ekoloji maarifləndirmənin gücləndirilməsi böyük önəm daşıyır. Ekoloji mədəniyyəti hələ də qənaətbəxş olmayan əksər insanlar inanırıq ki, yaxın gələcəkdə təbiətimizin qayğısına qalacaqlar. Sadəcə bəzi məqamları yada salmaq lazımdır. Bəzən təbiətə qarşı qaddarlıqlar bilərəkdən yox, naşılığdan yaranır. Təbiətə sevgi hər bir insanın həyat devizinə çevrilməlidir. Ətraf mühitin mühafizəsinə diqqətli olsaq, bu sevgi payını təbiətimizə bəxş etsək, insanlar üçün həyat daha da gözəlləşər.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri