Icma.az
close
up
RU
Qızılağac Milli Parkında “Flaminqo festivalı”

Qızılağac Milli Parkında “Flaminqo festivalı”

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Qızılağac Milli Parkında növbəti dəfə “Flaminqo festivalı” keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı çərçivəsində təşkil olunan tədbirin məqsədi həm Qızılağac Milli Parkının, həm də ölkənin digər xüsusi mühafizə olunan təbiət ərazilərinin ekoturizm potensialının nümayişi, biomüxtəlifliyin qorunmasının vacibliyinin təbliği, həmçinin Azərbaycanda turizmin inkişafına dəstək istiqamətində təşviqat işinin aparılmasıdır.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və digər rəsmi qonaqlar, eləcə də turistlər iştirak ediblər.

Festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsi, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, o cümlədən Qızılağac Milli Parkına aid simvollar nümayiş olunub. Bu da iştirakçılara Azərbaycandakı milli parkların flora və faunası ilə virtual tanışlıq imkanı yaradıb.

İştirakçılar üçün təşkil olunan qayıq və kvadrasikllarla gəzinti də ziyarətçilər arasında məmnunluqla qarşılanıb. Onlar, həmçinin körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər

Tədbir çərçivəsində balıqartırma müəssisəsi tərəfindən yetişdirilən 200 minə yaxın çəkikimi balıq körpəsi də Qızılağac Milli Parkının körfəz ərazisinə buraxılıb.

Tədbir boyunca ifa olunan rəngarəng musiqi nömrələri və digər əyləncələr iştirakçıların və festival izləyən turistlərin böyük marağına səbəb olub.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 07 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see143

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see140

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see134

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see133

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see128

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see124

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see123

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see115

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see115

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see114

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see113

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see113

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see113

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see113

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see112

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see111

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see111

Vyetnam və Çin ABŞ a necə zərər vurmaq barədə danışıqlar aparır Tramp

14 Aprel 2025 22:44see110

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see110

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri