Qızılağac Milli Parkında II Flaminqo festivalı keçirildi Foto
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Qızılağac Milli Parkında növbəti "Flaminqo festivalı" keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd Qızılağac Milli Parkının, eləcə də digər xüsusi mühafizə olunan təbiət ərazilərinin ekoturizm potensialını nümayiş etdirmək, biomüxtəlifliyin qorunmasının vacibliyini təbliğ etmək, eyni zamanda turizmin inkişafına dəstək verməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Turizm Agentliyinin rəsmilərinin, eləcə də milli parkı ziyarət edən turistlərin iştirak etdiyi festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri nümayiş olunub ki, bu da iştirakçılara ölkəmizdəki milli parkların flora və faunası ilə virtual tanışlıq imkanı yaradıb.
Qeyd edək ki, qonaqlar üçün Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzinti təşkil olunub, eyni zamanda ziyarətçilər körfəz ərazisində quş koloniyalarını müşahidə edib. Festival çərçivəsində 200 minə yaxın çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə buraxılıb.
Baxış sayı:147
Bu xəbər 09 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















