Icma.az
close
up
RU
Qızılca qayıdır: Avropadan sonra Azərbaycanda da təhlükə yaxındadır?

Qızılca qayıdır: Avropadan sonra Azərbaycanda da təhlükə yaxındadır?

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları son 25 ilin ən yüksək həddinə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, təkcə 2024-cü ilin birinci yarısında bu bölgələrdə 149 min nəfər qızılcaya tutulub. Halbuki bir il əvvəl bu rəqəm 61 min idi. Artım təxminən 2.5 dəfə olub.

ÜST xəbərdarlıq edir ki, əgər vaksinasiya səviyyəsi yüksəlməzsə, bu xəstəlik daha geniş ərazilərə yayıla bilər. Növbəti hədəf isə Cənubi Qafqaz və o cümlədən Azərbaycan ola bilər.

Qızılca hava-damcı yolu ilə yayılan, çox yoluxucu və bəzi hallarda öldürücü ola bilən virus xəstəliyidir. Ən çox uşaqları təsir edir, lakin peyvənd olunmamış böyüklər də risk altındadır. Əsas simptomlar isə yüksək hərarət, güclü öskürək, gözlərin sulanması, işığa həssaslıq, ağızda ağ ləkələr, üz və bədəndə səpkilərdir. Qızılca təkcə bu əlamətlərlə bitmir. Xəstəlik ağciyər iltihabı, beyin zədələnməsi və nadir hallarda ölümlə nəticələnə bilər.

ÜST-nin açıqlamasında qeyd olunur ki, bu artımın əsas səbəbi vaksinasiya səviyyəsinin enməsidir. Pandemiya dövründə bir çox ölkədə uşaqların vaxtında peyvənd olunması prosesi ləngidildi. Nəticədə, kollektiv immunitet zəiflədi, virus isə geniş yayılmaq üçün münbit şərait qazandı.

Bəli, bu risk realdır. 2023-cü ilin sonlarında Azərbaycanda da bir neçə onlarla qızılca halı qeydə alınıb. Xüsusilə Bakı və ətraf şəhərlərdə lokallaşmış yoluxmalar müşahidə olunmuşdu. Hazırda geniş yayılma müşahidə olunmasa da, qızılcanın ölkədə tam yoxa çıxmadığı və yenidən alovlana biləcəyi istisna edilmir.

Bəzi valideynlər peyvəndə qarşı şübhə ilə yanaşır və şəxsi səbəblərlə uşaqlarını peyvənd etdirmirlər. Bu isə kütləvi immunitetin zəifləməsinə və virusun sürətlə yayılmasına səbəb ola bilər.

Qızılca təkcə bir virus deyil. Laqeydliyin, şübhənin və zamanında atılmayan addımların nəticəsidir. Avropadakı vəziyyət Azərbaycana gələcək üçün xəbərdarlıq rolunu oynayır. Əgər bu gün diqqətli olsaq, sabah acı nəticələrlə üzləşmərik.

Bir iynə bir ömürlük qorunma deməkdir. Peyvənd sadəcə sağlamlıq deyil, həm də məsuliyyətdir.

Leyla Mirzə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 İyul 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri