Qızılı olanlar və almaq istəyənlərin NƏZƏRİNƏ: Bahalaşacaq
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyada iqtisadi və siyasi qeyri-müəyyənliklər artdıqca investorların təhlükəsiz liman axtarışları da güclənir. Belə vəziyyətlərdə ənənəvi olaraq güvənilən sərmayə alətlərindən biri də qızıl olmuşdur. Tarix boyu qızıl inflyasiya, müharibələr və maliyyə böhranları kimi çətin dövrlərdə sərmayədarlar üçün sabitlik simvolu kimi çıxış edib. Son aylarda isə dünya bazarlarında yaşanan yeni gərginliklər, xüsusilə də böyük iqtisadi güclər arasında ticarət münaqişələri və tarif məhdudiyyətləri, investor marağını yenidən bu qiymətli metala yönəldib.
Bəs qızılın qiymətinin yenidən artımı gözləniləndir?
Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı ekspert Eyyub Kərimli açıqlama verib:
"Qızılın qiymətinin artması dünya bazarında baş verən qeyri-müəyyənliklərlə bağlıdır. Hesab edirəm ki, bu bir müddət də davam edəcək. Bildiyiniz kimi, Amerika tarif məhdudiyyətləri tətbiq edib. Bu dünya iqtisadiyyatına böyük gərginlik yaradıb. Dünyada digər əmtəə, səhmlərin də qiyməti enir. Ona görə də qızılın qiyməti daha da artır, önə çıxır. Qızıl da daha sabit investiya kimi qalır".
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















