Icma.az
close
up
RU
Qızılın bahalaşmasını şərtləndirən əsas amillər və onun qlobal bazarlara təsiri İQTİSADÇI ŞƏRH ETDİ

Qızılın bahalaşmasını şərtləndirən əsas amillər və onun qlobal bazarlara təsiri İQTİSADÇI ŞƏRH ETDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Qlobal maliyyə bazarlarında son aylarda qızılın qiymətində müşahidə olunan artım təsadüfi deyil və bir-birini tamamlayan bir neçə əsas faktordan qaynaqlanır. İlk növbədə, dünyada iqtisadi və geosiyasi risklərin artması investorları daha təhlükəsiz aktivlərə yönəldir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, qızıl tarixən “riskdən qaçış” dövrlərinin ən etibarlı aləti kimi tanınır. İnflyasiya təzyiqlərinin davam etməsi, ABŞ və Avropa iqtisadiyyatlarında artım templərinin zəifləməsi, eləcə də Yaxın Şərq və digər regionlarda gərginliklərin dərinləşməsi qızılın tələbini yüksəldən başlıca amillərdəndir: "Digər mühüm faktor mərkəzi bankların davranışlarıdır. Son illər xüsusilə inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları öz valyuta ehtiyatlarını qorumaq, dollar asılılığını azaltmaq və maliyyə sabitliyini möhkəmləndirmək üçün rekord həcmdə qızıl alışı həyata keçirirlər. Mərkəzi bankların bu aqressiv alışı bazarda əlavə tələb yaradır və qiymətlərin yüksəlişini sürətləndirir. Faiz siyasəti də qızıl bazarına birbaşa təsir edir. ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimlərinə yaxınlaşacağı ilə bağlı gözləntilər dolların zəifləməsinə və qızılın daha da cazibədar olmasına gətirib çıxarır. Çünki faiz dərəcələri aşağı düşdükcə investorlar gəlir gətirməyən, lakin dəyər saxlayan aktivlərə - yəni qızıla - daha çox üstünlük verirlər.

Qızılın qiymət artımı inkişaf etməkdə olan iqtisadiyyatlara həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bir tərəfdən, bu ölkələrin valyuta ehtiyatlarının tərkibində qızıl payı yüksəkdirsə, onların strateji aktivlərinin dəyəri artır. Digər tərəfdən, zərgərlik və sənaye sahələri üçün xammal kimi qızıldan istifadə edən ölkələrdə istehsal xərcləri yüksəlir. Bundan əlavə, qızılın bahalaşması adətən qlobal maliyyə qeyri-sabitliyinin artması ilə paralel getdiyindən, kapital axınları və investisiya mühiti də təzyiq altına düşür. Yekun olaraq qeyd etmək olar ki, qızılın qiymətində artım trendi qısamüddətli dalğalanmalarla müşayiət olunsa da, yaxın aylarda davam etmək ehtimalı yüksəkdir. İqtisadi qeyri-müəyyənlik, geosiyasi risklər və mərkəzi bankların alış strategiyaları qızılı hələlik ən stabil və etibarlı investisiya alətlərindən biri olaraq saxlayır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see206

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see128

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see128

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri