Icma.az
close
up
RU
Regionlarda investisiya cəlbediciliyinin artırılması iqtisadi tarazlığın əsas açarıdır İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

Regionlarda investisiya cəlbediciliyinin artırılması iqtisadi tarazlığın əsas açarıdır İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Regionlarda investisiya cəlbediciliyinin artırılması iqtisadi inkişafın tarazlaşdırılması və regional fərqlərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədə çatmaq üçün ilk növbədə regionlarda biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması vacibdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bunun üçün dövlət səviyyəsində həyata keçirilən iqtisadi islahatlar, şəffaf və sadələşdirilmiş inzibati prosedurlar, elektron xidmətlərin genişləndirilməsi və lisenziyalaşdırma prosesinin asanlaşdırılması mühüm rol oynayır: "İnfrastrukturun müasirləşdirilməsi də investisiya cəlbediciliyinə birbaşa təsir edən amildir. Yolların, enerji və kommunikasiya xətlərinin yenilənməsi, regionlarda sənaye parklarının, logistika mərkəzlərinin və innovasiya zonalarının yaradılması investorlar üçün əlavə imkanlar formalaşdırır. Bu kimi layihələr biznesin fəaliyyət xərclərini azaldır və istehsal proseslərinin daha səmərəli təşkilinə şərait yaradır. Bununla yanaşı, vergi və gömrük güzəştləri də regionlara kapital axınını stimullaşdıran əsas mexanizmlərdən biridir. Xüsusilə az inkişaf etmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə müəyyən müddət üçün vergi azadolmaları və dövlət subsidiyaları təqdim edilməsi investor risklərini minimuma endirir. Regionların potensialının reallaşdırılması üçün insan kapitalının gücləndirilməsi vacibdir. Peşə təhsili müəssisələrinin gücləndirilməsi, ixtisaslı işçi qüvvəsinin hazırlanması və yerli gənclərin əmək bazarına inteqrasiyası investorlara etibarlı resurs bazası yaradır. Bununla yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, yerli idarəetmə orqanlarının təşəbbüskarlığının artırılması və regionların iqtisadi imicinin formalaşdırılması da investisiya cəlbediciliyinin mühüm tərkib hissəsidir.

Regionlarda investisiya cəlbediciliyinin artırılması yalnız maliyyə və vergi alətləri ilə deyil, həm də infrastruktur, təhsil, idarəetmə və innovasiyalar kimi çoxşaxəli istiqamətlərin vəhdəti ilə mümkündür. Bu yanaşma həm ölkə iqtisadiyyatının balanslı inkişafına, həm də regionlarda sosial rifahın yüksəlməsinə töhfə verir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri