Qızılın qiyməti “uçur” Növbəti rekord
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 183,3 manata bərabər olub.
Yeniavaz.com xəbər verir ki, bu gün 1 qram qızılın qiyməti 1,8% və ya 3,3 manat artıb.
Son bir ay ərzində isə qızılın qiyməti 12% və ya 19,7 manat bahalaşıb. Qeyd edək ki, qızılın qiyməti Azərbaycanda indiyə qədər heç vaxt bu səviyyəyə çatmayıb.
Son 15 il ərzində isə qızılın qiyməti 6 dəfədən çox artıb. Müqayisə üçün bildirək ki, 15 il əvvəl – 2010-cu ilin əvvəlində, Azərbaycanda qızılın bir qramı cəmi 29 manat idi.
Qeyd etmək lazımdır ki, sürətli bahalaşma təkcə Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətlərdə müşahidə olunmur. Zərgərlik dükanlarında satılan qızıldan hazırlanmış zinət əşyalarının qiyməti də sürətlə artır. Belə ki, zərgərlik dükanlarında satılan 750 əyarlı, 5 qramlıq qızıl üzüyün orta satış qiyməti yanvar ayında 722 manat olduğu halda, mart ayında bu rəqəm 751 manata qədər yüksəlib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Qızılın qiyməti “uçur” Tarixi rekord
21 Yanvar 2026 09:43
Qızılın qiyməti növbəti rekorda çatdı
29 Sentyabr 2025 11:11
Qızılın qiyməti yenə rekord qırdı Növbəti hədəf 5000 dollar?
21 Yanvar 2026 09:05
Qızılın qiymətində növbəti ARTIM
21 Mart 2025 00:55
Qızılın qiyməti rekord qırdı
18 Dekabr 2025 21:16
Baxış sayı:205
Bu xəbər 17 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















