Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib.
Birja məlumatları xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,29% artaraq 3 653,3 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,33% artaraq 41,55 ABŞ dolları olub.
Analitiklər qeyd edirlər ki, qızılın kəskin bahalaşması əsasən ABŞ-da zəif məşğulluq göstəriciləri fonunda FED-in faiz endirimi gözləntilərinin artması, dolların zəifləməsi və mərkəzi bankların qızıla tələbinin yüksəlməsi ilə bağlıdır. Bununla yanaşı, qlobal iqtisadi və siyasi qeyri-sabitliklər investorların təhlükəsiz liman kimi qızıla üz tutmasına səbəb olur.
Baxış sayı:39
Bu xəbər 08 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















