Qızım evlənəndən sonra boşanıb, bir paltarla evdən çıxdım Tanınmış loğman
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yazıçı-jurnalist, tanınmış loğman, təbii üsullarla müalicə üzrə mütəxəssis Ərşad Əzimzadə APA-ya geniş müsahibəsi zamanı ilk evliliyindən söz açıb.
Bakupost.az xəbər verir ki, onun evliliyi haqda dedikləri sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Kasıb qızla evləndiyini bildirən yazıçı-jurnalist buna səbəb özünün də maddi imkanının zəif olması olduğunu göstərib:
"Əsgərlikdən sonra kənddə evləndim. O vaxtı bir prinsip vardı. Namuslu olsun, həm də kasıb olsun. Çünki özüm də kasıb idim. Atam deyərdi, ayağını yorğanına görə uzat, mən də atamın dediyinə əməl elədim, kəndin kasıb qızı ilə evləndim. Amma deməyəsən, təkcə özü yox, mənəviyyatı da kasıb oldu. İki kəlmə söz tapıb danışa bilmirdik. Bir qızımız oldu. Qız evlənəndən sonra ayrıldım, evi zadı verdim, bir dənə paltar götürdüm, çıxdım".
Baxış sayı:186
Bu xəbər 12 Mart 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















