Icma.az
close
up
RU
QIZINI LONDONDA OXUTMAQ İSTƏDİ, DƏLƏDUZLARIN “TORUNA DÜŞDÜ” Professor oğlu və ortağı haqda növbəti şikayət

QIZINI LONDONDA OXUTMAQ İSTƏDİ, DƏLƏDUZLARIN “TORUNA DÜŞDÜ” Professor oğlu və ortağı haqda növbəti şikayət

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Azərbaycanda dələduzluq çox geniş yayılmış cinayət növlərindən biridir. İş adamlarından tutmuş, sadə vətəndaşlara kimi, çoxsaylı insanları “torlarına” salan dələduzlar bəzi hallarda cəzadan qurtulmağın yollarını da tapırlar. Bəziləri isə mənimsədikləri pullarını geri qaytaracağı ümidiylə “qurbanlarını” aylarla, illərlə süründürərək, bir şəkildə cəzadan yayınıb, azadlıqda qalmağa nail olurlar.

Bu dəfə də söhbət dələduzluğa görə həbs olunan, amma nədənsə cəzaçəkmə müəssisəsində olmayan, Londonda təhsil almaq adı ilə çoxsaylı vətəndaşları aldadan Emin Quiyev və özünü gah Baxış, gah da İsmayıl kimi təqdim edən vətəndaşlardan gedir.

Xatırladaq ki, Emin Qluiyev BDU-nun "Riyazi analiz" kafedrasının professoru, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini Vaqif Quliyevin oğludur. O, 2017-ci ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Amma redaksiyamıza Emin Quliyevin dələduzluğu ilə bağlı müraciət edən daha bir zərərçəkən, hazırda Ukraynada yaşayan Vüsalə Əskərova bildirir ki, hələ də ona dəyən zərər ödənilməyib.

Şikayətçi başına gələnləri belə nəql edir: “Biz onlarla baldızım Günayın vasitəsilə tanış olmuşduq. Belə ki, özünü Baxış kimi təqdim edən şəxs Türkiyədə baldızımla tanış olmuşdu. Baldızım özünə Türkiyədə ev tutmamışdı, o şəxs demişdi ki, bir dost kimi gəl mənim evimdə yaşa, ev tutandan sonra gedərsən. Qaynanam rəhmətə getmişdi, Göyçayda onun il mərasimi olacaqdı. Baxış mənim yoldaşımla çox gözəl münasibət qurdu, il mərasiminə gəldi, iştirak etdi. Mərasimdən sonra restorana getdilər, dostluq münasibəti qurdu.

Sonra bir gün yoldaşım mənə Azərbaycandan zəng etdi ki, qızımız Zəhranın Londonda oxumasına necə baxırsan? Biz o zaman istəyirdik ki, qızımızı təhsil alması üçün İsveçə göndərək.

Vüsalə Əskərova

Qızım ingiliscə çox gözəl bilir, buna görə onun Londonda oxuması imkanına sevindim. Yoldaşımdan soruşdum ki. Londonda oxumaq neçəyədir? Dedi k, 15 min dollar. Düşündük ki, o pulu tapmaq olar. O pulun hamısını birdən olmasa da hissə-hissə toplaya bilərdik.

Bu fikrə “hə” dedim. Qızımla danışdım, Mançester universitetində oxumağın necə yaxşı şans olduğunu dedim. Qızımın razılığını alandan sonra axşam Baxış bizi Emin Quliyevlə tanış etdi. Bizə Emin Quliyevin telefon nömrəsini verdi ki, o, axşam bizimlə danışacaq.

Bu hadisə keçən ilin – 2024-cü ilin oktyabrında olub. Məndə qızımın Mançester universitetinə girməsi barədə yazışmalar və göndərilən pulların qəbzləri var. Amma indiyədək ortalıqda heç nə yoxdur. Mənə qızım Zəhranın guya universitetin dekanıyla müsahibədən keçməsi haqda videolar göndərirdi. Deyirdilər ki, onun ingilis dili bilgilərini yoxlayırlar. Bu vaxt qızım və mən Ukraynada idik. Onlar isə Londonda olduqlarını deyirdilər. Guya, qızım müsahibələri, testləri, imtahanları keçirdi və keçəndən sonra bu ilin avqustunda Londona getməli idik.

Bizim Londona nə vizamız, nə biletimiz olmadı. Məndə hansı pulların nə vaxt nə üçün göndərilməsi barədə yazışmalar, qəbzlər var.

Biz Eminlə danışmağa başladıq, guya, o, Londonda idi. Bizə dedi ki, 15 min dolları əvvəldən verirsiniz, sonra 3 min dollar verirsiniz. Bu, ümumilikdə gəlib 40 min dollara çıxdı. Dedim yox, bizim o qədər pulumuz yoxdur. Sonra onlar 36 min dollara düşdülər. Bildirdim ki, o qədər də pulumuz yoxdur. Dedilər ki, sizin üçün “Ground” edəcəyik. Yəni qızım Azərbaycan vətəndaşı kimi pulsuz təhsil alacaq. Nəhayət, qiyməti 24 min dollara saldılar.

Soruşdum ki, bu 24 min dolları verəndən sonra daha heç vaxt pul ödəməyəcəyik? Dedilər ki, yox, daha heç vaxt pul verməyəcəksiniz, Zəhra 4 il pulsuz oxuyacaq, brinci il “foundation” oxuyacaq.

Baxış əvvəl Zəhra üçün, sonra da mənim üçün viza düzəldəcəkdi. Londona gedəcəkdim, məni də işlə təmin edəcəkdilər. Onlara dedim ki, Londona getmək istəmirəm, mənə burada da xoşdur. Eybi yoxdur, müharibə getsə də, bizə burada yaşamaq yaxşıdır.

Sonra onlar dedilər ki, 2-ci kursda qızıma Mançester Universitetində iş düzəldəcəklər, 200 funt-sterlinq maaş alacaq.

Mənim bir övladım var. O, çox yaxşı oxuyur, istəyirdim ki, gözəl gələcəyi olsun. Ukraynada müharibə gedir, burada oxumaq çətindir.

Bizim xəyallarımızla oynadılar. İndi guya Emin tutulub. Onun namusuna, şərəfinə and içdiyi mesajlar da var. O, mənim nömrəmi bloka atıb. Çünki ona ağır sözlər dedim. Yazmışdım ki, sən kişi deyilsən.

Amma yoldaşımla danışır. Baxış da tutulmalıdır. Mən Azərbaycana gəlib polisə ərizə yazacağam. Baxış deyirdi ki, guya Macarıstandayam, Londondayam, pulu ödəmişəm Londona, namusuma, şərəfimə and olsun bütün pulları qaytaracağam. İndi nə London var, nə pul var, heç lazım da deyil. Mən onlara 12 500 dollar vermişəm, qəbzləri də var. Biz ona pulları hissə-hissə verdik. Yəni borc alıb göndərirdim. Onlar bizim başımıza oyun açırdılar. Tələsdirirdilər ki, tez elə, qızı qovalayacaqlar. Sonra da dedilər ki, siz vermədiniz, başqa uşağı götürdülər. Yəni psixoloji olaraq bizim əsəblərimizlə oynadılar.

Anama zəng edib deyirdilər ki, sənin uşağın üçün bu qədər pul xərcləmişəm, mənə təcili bu qədər pul verməlisən. Sən demə, əli aşağı düşüb, buna 300 dollar pul lazımdır. Şantaj edirdilər ki, pul vermirsən, bu dəqiqə sənədləri geri qaytarıram.

Pulları əsas Baxış alırdı. Emin Quliyev deyirdi ki, Azərbaycanda “ASAN Xidmət”in yaradıcısıdr, yəni “ASAN Xidmət”in İT sistemini yaradıb. Sonra bildim ki, yalan deyirmiş.

Mən onlara pulu verdim, onlar bizə “atdılar”. Sonra neçə aylar keçdi, pulumu ala bilmədim. Bilirdim ki, bizə “atıblar”. İnternetdə onun haqqında məlumat əldə etmək istəyirdim, sonra sizin saytda onun tutulması xəbərinə rast gəldim.

Onlar Mançester Universitetinin qabağından bizə şəkil, video göndərirdilər, inandırmaq üçün. Hər dəfə danışanda deyirdim ki, sən şərəfsizsən, yalançısan. Sonra mənim nömrəmi bloka atıblar. Yoldaşıma deyiblər ki, arvadına de, belə şeylər yazmasın. Onların məndə səsli mesajları var.

Emin Quliyevin tutulması haqda mən indi bilmişəm, amma onunla keçən ilin noyabr, yanvar, fevral, martında danışmışam, SMS yazmışam, o, mənə cavab verib. Amma gec cavab verib, məsələn, bu gün yazırsan, sabah, ya da iki saatdan sonra cavab verir. Emin ancaq mənə cavab verirdi, deyirdi ki, siz çox mərd qadınsınız, ona görə sizin pulunuz qayıdacaq, amma bir az səbrli olun.

Yoldaşım Baxışla sonuncu dəfə iki həftə öncə əlaqə saxlayıb. Artıq o da telefon zənglərinə cavab vermir. Baxış deyib ki, sənə pulunu hissə-hissə 2 min, 3 min geri qaytaracağam. İki həftə əvvəl Baxış yoldaşıma deyib ki, bankdan pul götürmüşəm, 3 min pul düzəltmişəm, kimə göndərim, sənə, yoxsa yoldaşına? Yoldaşım da deyib ki, problem deyil, hansımıza olsa göndər. Bundan sonra Baxış o itən itib”.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see167

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see165

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see155

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see139

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see138

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see138

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see134

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri