Icma.az
close
up
RU
Qızlar ƏRƏ yox, GORA gedir QANDONDURAN STATİSTİKA

Qızlar ƏRƏ yox, GORA gedir QANDONDURAN STATİSTİKA

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Son illərdə Azərbaycanın paytaxt və regionlarında qadınlara qarşı zorakılıq və qətllər daha çox görünməyə başlayıb. Zorakılıq və cinayət bütün dövrlərdə olub, amma son zamanlarda bu cür halların artması ciddi sosial problemə çevrilib.

Bunun əslində bir deyil, bir çox səbəbi var.

Kişilərin üstün sayıldığı və cinsiyyət ayrı-seçkiliyi olan bir cəmiyyətdə qadının təzyiqlərə məruz qalması təəccüblü deyil. Ona görə də tədricən qadınların cəmiyyətdə, iş həyatında fəallığının artması getdikcə hakimiyyət gücünü itirən, üstün mövqeyi zəifləyən bəzi kişiləri narahat edir. Bunu bərpa etmək üçün müxtəlif üsullara əl atırlar ki, bu da zorakılığa və daha dəhşətlisi – qətllərə yol açır.  

“Ona məxsus olan”ın əldən çıxması...

Statistika göstərir ki, qadın qətllərinin çoxu ayrılıq, boşanma və ya münasibətin bitməsi mərhələsində baş verir. Bu, kişilərə “ona məxsus olan”ın əldən çıxması kimi heysiyyətinə təsir edir. Boşanmış qadının iqtisadi və sosial cəhətdən azad olması məsələni bir az da dərinləşdirir. Ətrafdan gələn təzyiqlər də bir tərəfdən kişilərı sıxır. Hələ boşanan qadın həyatını bir başqasıyla bağlayırsa, təhlükə daha da artır.

Sosioloqların ən çox şikayətləndiyi məsələlərdən biri də kişi zorakılığının filmlərdə, sosial şəbəkələrdə doğru olaraq təqdim olunması, hətta bunun sevgi əlaməti kimi qələmə verilməsidir.

Bəzi film və seriallarda qısqanclıq, zorakı davranışlar çox sevməkdən irəli gələn rəftar kimi təqdim olunur. Gənc qadınlar da ətrafında olanlardan, izlədikləri film və ya seriallardan bunu normal qəbul edirlər, aqibəti isə ən çox özlərini yandırır.

Statistika sarsıdıcıdır: ötən il Azərbaycanda 268 qadın öldürülüb!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatına görə il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 22325 zərərçəkmiş şəxsin 7130-u qadın olub. Zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb.

Məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1471 zərərçəkmiş şəxsdən 1228-i qadın olub, onlardan 1196-ı xəsarət alıb.

Bu da onu göstərir ki, qadınlar hələ də ciddi risk altındadır. Hər gün neçə-neçə qadın cinayət qurbanına çevrilir. Qadınlara qarşı zorakılıq və öldürmə halları, xüsusilə ailədaxili zorakılıq hələ də yüksək səviyyədə qalır. 

Mövzuyla əlaqədar Bizim.Media-ya danışan “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova əks cinsin qadınlara qarşı münasibətindəki neqativ düşüncələrinin səbəbini açıqlayıb:

“Bunun qaynağı ilk növbədə özgüvən əskikliyidir – bu, həm kişiyə, həm də qadına aid edilə bilər. Digər bir məsələ, müasir dövrün özüylə bizim həyatımıza gətirdiyi və sirayət etdirdiyi sosial şəbəkələrdir. Bəzi insanlar bunu bəhanə kimi qəbul etsə də, reallıqdan qaçmaq mümkün deyil. İnsanlar zamanının böyük hissəsini sosial şəbəkələrdə keçirir. Bu kiçik cihazı – telefonu bir barmaqla basan kimi minlərlə insan sanki evimizə daxil olur.

Bəzi istifadəçilərin evinin düzənini insanlar görür və ən pis cəhət də odur ki, bu, artıq adi hala çevrilib. Eyni zamanda kişi və qadın sosial şəbəkədə oturub bir-birininin izləyicilərini seyr edirlər. Mən deyərdim ki, qısqanclıq zəminində baş verən xoşagəlməz hadisələr məhz bu kontekstdən başlayır. Sosial şəbəkələrdə qazanc məqsədilə istifadə edən insanlar elə öz ailələrindən özlərinə düşmən qazanırlar və sonda zorakılıq, qətl kimi hallar baş verir.”

Ailə icmalarının yaradılmasına ehtiyac var

N.İsmayılova deyir ki, aparılan sosial mübarizələr, maarifləndirmə tədbirləri  və dövlətin ailə institutu ilə bağlı siyasətiylə yanaşı bu məsələlərin həllində bələdiyyələrin nəzdində ailə icmalarının yaradılmasına ehtiyac var. Bu icmalarda yeni qurulmuş ailələrlə uzun müddət evli olan, ailəni qoruyub saxlayan təcrübəli ailələrin diskusiyasını təşkil etmək lazımdır. Ailə institutunun qorunmasında cəmiyyətin səfərbərliyi mütləqdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 İyun 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri