Icma.az
close
up
RU
Qızlar və oğlanlar birlikdə oxuyanda bir birinin fikirlərini dinləməyi və qarşılıqlı hörməti öyrənirlər

Qızlar və oğlanlar birlikdə oxuyanda bir birinin fikirlərini dinləməyi və qarşılıqlı hörməti öyrənirlər

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İngiltərədə aparılan araşdırmalar göstərir ki, qız və oğlanların ayrı təhsil alması qızlar üçün daha müsbət nəticə verir. Səbəb budur ki, oğlanlar qızlar üzərində dominant olduğu üçün qızlar özlərini tam göstərə bilmirlər. Ancaq qızlar həmcinsləri ilə rəqabət apardıqda daha yüksək nəticələr göstərirlər.

“Qızlar və oğlanlar birlikdə oxuyanda nəticələr eyni, hətta bəzən daha yaxşı olur”.

Bu sözləri Bizimyol.info portalına açıqlamasında Azərbaycan Assosiasiyasının sədri Tofiq Sadıxov qızlar və oğlanlar bir yerdə, yoxsa ayrı təhsil almalıdır sualına münanasibət bildirərkən deyib. Təhsil eksperti bildirib ki, qarışıq siniflərdə təhsil alan qızların və oğlanların birlikdə təhsil alması gələcəkdə ailə və iş həyatı üçün çox vacib bir dəyər yaradır.

Tofiq Sadıxov

“Öncə bəzi faktlara nəzər salaq. UNESCO-nun 2021-ci ildəki hesabatına görə, qarışıq təhsil verən məktəblərdə qızların universitetə qəbul faizi 18% daha yüksəkdir. Bunun səbəbi sosial bacarıqların, özünüifadə imkanlarının və akademik dəstəyin daha balanslı olmasıdır. PISA 2018-in nəticələrinə əsasən, qarışıq məktəblərdə oxuyan qızların riyaziyyat və təbiət fənlərində nailiyyətləri, ayrı təhsil alan qızlardan orta hesabla 11 bal yüksək olub. Amerika Psixologiya Assosiasiyası (APA) 2014 meta-analizi1.6 milyon şagird üzərində aparılıb. Nəticədə ayrı təhsil məktəblərinin akademik üstünlüyünə dair əhəmiyyətli sübut yoxdur. Yəni qızlar və oğlanlar birlikdə oxuyanda nəticələr eyni, hətta bəzən daha yaxşı olur. Cambridge Universitetinin 2017-ci ildəki araşdırmasına görə, qarışıq məktəblərdə oxuyan qızların liderlik bacarıqları və ictimai fəallığı 30% daha yüksək inkişaf edir.

Bu statistika və faktlar bizə nə verir? Qarışıq siniflərdə təhsil alan qızlar və oğlanlar birlikdə oxuyanda bir-birinin fikirlərini dinləməyi, əməkdaşlıq etməyi və qarşılıqlı hörməti öyrənirlər. Bu, gələcəkdə ailə və iş həyatı üçün çox vacib bir dəyər yaradır. Ayrı məktəblərdə oxuyan şagirdlərdə qızların “yumşaq fənlərdə”, oğlanların isə “dəqiq elmlərdə” yaxşı olduğu kimi stereotiplər daha güclü qalır. Qarışıq məktəblərdə isə qızlar və oğlanlar bir-birinə nümunə olur və müxtəlif sahələrdə inkişaf edirlər. Qızlar oğlanlarla birlikdə oxuyanda daha çox cəsarətlənir, risk almağı və açıq rəqabət aparmağı öyrənirlər. Bu, gələcək karyerada böyük üstünlük yaradır. Cəmiyyət genderlərarası qarşılıqlı münasibətlər üzərində qurulub. Ayrı təhsil alan oğlan və qızlar real həyata düzgün hazırlanmır, sosiallaşma bacarıqları zəifləyir. Nəticədə nə baş verir? Elmi faktlar göstərir ki, ayrı təhsil qısa müddətdə bəzi üstünlüklər yaratsa da, uzunmüddətli perspektivdə qarışıq təhsil daha effektivdir. Çünki müasir dövrdə həm akademik uğur, həm də sosial inteqrasiya əsas hədəfdir”-deyə ekspert qeyd edib.

Tofiq Sadıxov vurğulayıb ki, eynicinsli təhsil yanaşması özünü tam doğrultmadığı üçün dünya praktikasında çox az hallarda tətbiq edilir: “Ölkəmizdə buna nümunə olacaq keçmiş türk liseyləri fəaliyyət göstərirdi. Nəticələrinin müəyyən məqamlarda uğurlu olmasını birbaşa onların təkcinsli təhsil almaqları ilə əlaqələndirmək doğru olmazdı. Ümumiyyətlə, biz iki cinsli cəmiyyətdə yaşadığımız üçün hansısa sahələrdə cinslərə qarşı bu formada ayrı-seçkilik və məhdudiyyətlərin qoyulmasını doğru hesab etmirəm. Eynicinsli təhsil yanaşması özünü tam doğrultmadığı üçün dünya praktikasında çox az hallarda tətbiq edilir. Ancaq istənilən halda bu məsələ geniş tədqiqat tələb edən bir sahədir.

Bu gün Azərbaycanda və dünyada qarışıq siniflərdə təhsil alan və uğurlu olan kifayət qədər insan var. Təhsil cinsə görə dəyişməməlidir. Təhsil almaq hər kəsin hüququdur. Eynicinsli siniflərdə isə biz bu hüququ çərçivəyə salıb istəmədən maneələr yaradırıq. Daha sağlam, daha möhkəm, daha təhsilli bir gələcək üçün sevgi ilə və dürüstcəsinə çalışsaq yetər”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Sentyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri