Icma.az
close
up
RU
Qlobal Bakı Forumu: beynəlxalq münasibətlərdə mühüm siyasi intellektual platforma

Qlobal Bakı Forumu: beynəlxalq münasibətlərdə mühüm siyasi intellektual platforma

Icma.az bildirir, Modern.az portalına istinadən.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

13-15 mart 2025-ci il tarixlərində keçirilən XII Qlobal Bakı Forumu bir daha sübut etdi ki, Bakı artıq sadəcə region üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün önəmli bir siyasi və intellektual platformaya çevrilib. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu ətrafında aparılan müzakirələr qlobal miqyasda yaranan mürəkkəb transformasiya proseslərinin, yeni təhlükəsizlik arxitekturasının və enerji siyasətində dəyişikliklərin dərin təhlilinə imkan yaradıb.

Prezident İlham Əliyev Forumda çıxışı zamanı bir neçə əsas strateji istiqamət üzrə mühüm mesajlar verib. Dövlətimizin başçısı yalnız bir ölkənin milli baxışlarını əks etdirməklə kifayətlənməyib, eyni zamanda dünya nizamında dəyişikliklərə dair rasional və inklüziv yanaşmanı təklif edib. Bu çıxış həm daxili siyasətin sabitliyinə, həm də beynəlxalq əlaqələrin çoxşaxəli inkişafına əsaslanır.

Qlobal Bakı Forumu sadəcə konfrans formatında deyil, beynəlxalq tərəfdaşlıq və dialoq mədəniyyətinin yeni mərhələsi kimi qəbul olunur. Azərbaycan Prezidenti çıxışında bu Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunu xüsusi qeyd etdi. Mərkəzin yalnız intellektual resurs deyil, həm də praktik təşəbbüslərin təşviqçisi kimi çıxış etməsi onun beynəlxalq nüfuzunu artırır. COP29 tədbirləri çərçivəsində Mərkəzin təşkil etdiyi 16 panel müzakirəsi, aktiv pavilyon fəaliyyəti və iştirakçıların müzakirələrə cəlbi onun qlobal ekoloji və enerji gündəliyində də fəal mövqe tutduğunu nümayiş etdirdi.

Cənab İlham Əliyevin çıxışında xüsusi yer tutan istiqamətlərdən biri enerji siyasəti və yaşıl transformasiya oldu. Azərbaycanın faydalı qazıntılarla zəngin olması faktı fonunda bərpaolunan enerjiyə keçid siyasəti strateji məsuliyyət kimi təqdim olundu. Dövlətimizin başçısı qeyd etdi ki, 2030-cu ilə qədər 6.5 giqavat əlavə enerji gücü günəş, külək və hidroresurslardan əldə olunacaq. Bu yanaşma təkcə daxili enerji balansını dəyişmək deyil, həm də ölkənin ixrac portfelini genişləndirmək məqsədi daşıyır.

Burada məqsəd yalnız neft və qazla deyil, həm də yaşıl enerji ilə dünya bazarlarında iştirak etməkdir. Bu isə həm iqtisadi gəlirlərin diversifikasiyasına, həm də beynəlxalq reputasiyanın yüksəlməsinə xidmət edir. İmzalanmış müqavilələr və real investisiya layihələri bu məqsədlərin reallaşmasına əsaslı zəmin yaradır.

Azərbaycanın hazırda 12 ölkəyə, əsasən Avropa dövlətlərinə təbii qaz ixrac etməsi ölkənin enerji diplomatiyasını real nəticəyə çevirmişdir. Avropa Komissiyasının Azərbaycanı “etibarlı tərəfdaş” kimi tanıması bu siyasətin uğurunu sübut edir. Yeni enerji kabeli layihəsinin reallaşması isə Azərbaycanı Pan-Avropa enerji təhlükəsizliyində daha strateji oyunçuya çevirəcək. Bu, sadəcə enerji tədarükü deyil, həm də çoxtərəfli siyasi əməkdaşlığın mühüm dayağıdır.

Cənab İlham Əliyevin bildirib ki, təkcə enerji sərvətlərinin olması kifayət deyil: “Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz”. Bu fikirlər Azərbaycanın qonşuluq siyasətinin və regional sabitliyə verdiyi töhfənin əsas fəlsəfəsini əks etdirir.

Dünya düzənində baş verən geosiyasi dəyişikliklər, xüsusilə də Asiya-Avropa ticarət əlaqələrində yeni marşrutlara ehtiyac Azərbaycanın tranzit-logistika imkanlarını daha da ön plana çıxarır. Prezident İlham Əliyev qeyd etdi ki, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Bu artım təkcə mövcud dəmir yolları və liman infrastrukturunun yetərliliyi ilə deyil, həm də vaxtında görülmüş hazırlıq işləri ilə əlaqədardır.

Hazırda əsas vəzifə bu buraxılış qabiliyyətini artırmaqdır – limanların genişləndirilməsi, dəmir yollarının modernləşdirilməsi və gömrük prosedurlarının sürətləndirilməsi bu istiqamətdə atılan konkret addımlardır. Bu da öz növbəsində Azərbaycanın regionun nəqliyyat qovşağına çevrilməsini daha da sürətləndirir.

Pandemiya dövründə 80-dən çox ölkəyə göstərilən humanitar və maliyyə yardımı Azərbaycanın beynəlxalq sistemdə sosial məsuliyyət modelinə əsaslanan siyasətini nümayiş etdirdi. Dövlət başçısının çıxışında qeyd edildiyi kimi, “Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. Düşünürəm ki, uğur qazandıq, çünki COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi”. Bu yanaşma, sadəcə diplomatik münasibətlərin qurulması deyil, həm də beynəlxalq balansın qorunmasına dəstəkdir.

Forumda səsləndirilən fikirlər göstərdi ki, çağdaş dünyada sabitliyin və tərəqqinin əsas yolu dialoq, qarşılıqlı hörmət və inklüziv yanaşmalardır. Prezident İlham Əliyevin çıxışı bu istiqamətdə bir növ konseptual çərçivə rolunu oynadı. Bu, yeni dünya düzənində siyasi tarazlıqların formalaşması, enerji və təhlükəsizlik məsələlərində məsuliyyətli davranış və çoxtərəfli əməkdaşlıq ruhudur.

XII Qlobal Bakı Forumu bu mənada sadəcə debat məkanı deyil, həm də strateji baxışların formalaşdığı, siyasi iradələrin birləşdiyi platforma kimi beynəlxalq sistemin inkişafına mühüm töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Mart 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri