Icma.az
close
up
RU
Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyət

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən həftə dünya maliyyə bazarlarında ticarət gərginliyi və enerji siyasəti əsas katalizatorlar oldu. ABŞ-Çin qarşıdurmasının yenidən kəskinləşmə ehtimalı və Tramp administrasiyasının Rusiyanın iri neft şirkətlərinə yeni sanksiyalar tətbiq etməsi fonunda xəbər axını yarandı. Bu şoklar dollar, qızıl və neft qiymətlərində sürətli və bəzən gözlənilməz dalğalanmalar yaratdı.

Trampın Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərinə yeni sanksiyalar tətbiqi

22 oktyabr 2025 tarixində Tramp administrasiyası ilk dəfə ikinci prezidentliyi dövründə Ukrayna münaqişəsi çərçivəsində Rusiyanın iki böyük neft şirkəti — “Rosneft” və “Lukoil” üzərində sanksiya elan etdi. Bu addım Trampın Rusiyaya qarşı enerji sektorunu hədəf alan mövqeyini gücləndirdi. Bu şirkətlər Rusiyanın neft ixracında əhəmiyyətli rol oynayır: birlikdə qlobal çıxışların bir hissəsini təşkil edir. Sanksiya xəbərindən dərhal sonra qlobal neft qiymətləri artdı — bazar yeni məhdudiyyətlər və təchizat riskləri ehtimalını qiymətləndirməyə başladı.

ABŞ-Çin ticarət danışıqları və gərginlik siqnalları

Oktyabrın sonunda ABŞ və Çin rəsmiləri Kuala Lumpurda keçirilən ASEAN sammiti çərçivəsində ticarət danışıqlarını davam etdirdiklərini və 100% gömrük tariflərinin tətbiqinin ertələnməsi planlarının müzakirə edildiyini elan etdilər.
Ticarət danışıqlarında nadir torpaq (rare earth) elementləri və tarif durdurma mexanizmləri əsas mövzulardan biri idi.
Bu siqnallar bazar iştirakçıları arasında həm ümid, həm də ehtiyatlılıq yaratdı — investorlar “görüş-effekti”nin bazar təsirlərini qiymətləndirməyə başladı.

Çin Kommunist Partiyasının dördüncü plenum toplantısı

20–23 oktyabrda Pekində Çin Kommunist Partiyasının 20-ci Ümumi Katibliyi dördüncü plenum iclası keçirildi. Bu iclas, Çin iqtisadiyyatının gələcək 5 illik planı, strateji prioritetlər və yüksək texnologiyalı sahələr üzrə yönəldici planların müəyyənləşdirilməsi üçün önəmli oldu.
Bu səbədən də iclas ticarət siyasəti, daxili iqtisadi islahatlar və beynəlxalq siyasət strategiyaları baxımından investorların diqqət mərkəzində idi.

Bazarların reaksiyası: Dollar, Qızıl, Neft

Dollar (DXY və USD istiqamətləri)

Nəticədə, bazarda riskli aktivlərə çıxış məhdudlaşdığı zaman investorlar “təhlükəsiz liman” axtarışına istiqamətlənirlər. Bu, dolların güclənməsinə təkan verə bilər.

Həftə ərzində analitiklərin proqnozuna görə, Rusiyanın enerji sektoruna tətbiq edilmiş sanksiyalar investorları dollar istiqamətinə çəkəcək — neft və enerji şokları dolları dolayısı ilə gücləndirə bilər.

Əlavə olaraq, neft qiymətlərinin artması inflyasiya təzyiqlərini artıraraq mərkəzi bankları sərtləşmiş pul-kredit siyasətinə yönəldə bilər — bu da, dolara dəstək verən amil ola bilər.

Qızıl

Qızıl, ənənəvi olaraq riskin artdığı dövrlərdə “təhlükəsiz liman” aktivi kimi qiymət qazanır. Ancaq oktyabrın son həftələrində qızıl qiymətləri əvvəlki rekor səviyyələrindən nisbətən geriləyib — bu da, investorların likvidliyi ön planda tutaraq qızıl mövqelərini azaltdığını göstərir.
Beləliklə, sanksiya və ticarət gərginliyi qızıla də dəstək verə bilər, lakin likvidlik ehtiyacları və riskin yenidən qiymətləndirilməsi qızıl üzərində müəyyən qədər təzyiq yarada bilər.

Neft

Neft bazarında ötən həftə ən dramatik reaksiyalar görüldü. 

Sanksiyaların elanından dərhal sonra "Brent" qiymətləri təxminən 5% civarında yüksəldi. “Brent futures oil” ~66.80$ səviyyəsinə kimi bahalaşdı, “WTI” isə 62.93$ istiqamətində alıcı tapdı. Analitiklər isə sanksiyaların ilkin şokunun qiymətlərdə yüksəliş yaratdığını, lakin, davamlılığının məhdud olacağını vurğulayır — bəzi neft axınlarının “dark fleet” (gizli tanker flotu) və alternativ marşrutlarla davam edə biləcəyi ehtimalı var. 

Bu artım, bazar iştirakçılarına enerji təchizatının incə balanslardan asılı olduğunu xatırlatdı və qlobal tədarük risklərinin yenidən qiymətləndirilməsinə səbəb oldu.

Sanksiya effektlərinin ötəri olması ehtimalı yüksəkdir

Rusiyanın neft ixracatçıları uzun müddətdir ki, ABŞ sanksiyalarını bypass etmək üçün yollar yaratmışdır — gizli tanker axınları və dollar sistemindən alternativ kanallar istifadə olunur. Beləliklə, neft qiymətlərindəki artımın bir hissəsinin uzunmüddətli olacağı sual altındadır.

Ticarət razılaşması gözləntiləri bazarları yumşaldır

ABŞ-Çin danışıqlarında tarif durdurma və nadir torpaq elementlərində güzəşt müzakirələri investorlara az da olsa ümid verdi. Bu xəbərlər neft və enerji sektorunda yüksəlişləri dəstəklədi.

İnflasiya riski və Mərkəzi Bank reaksiyası

Analitiklər hesab edirlər ki, neft qiymətlərinin yüksəlməsi inflyasiya təzyiqlərini artıracaq. Bu isə mərkəzi bankları faiz artırımı ehtimalını yenidən gündəmə gətirə bilər — bu da, öz növbəsində dolları gücləndirə bilər.
Cari həftə ərzində isə, Amerika Federal Ehtiyatlar Sisteminin (FED), Avropa Mərkəzi Bankının (ECB),  Kanada Bankının (BoC) və Yaponiya Bankının (BoJ) faiz qərarları və baş bankirlərin monetar siyasətin gələcəyinə dair verəcəkləri açıqlamalar birjalara yön verəcək əsas xəbərlərdir.

Bu həftə həmçinin, Avrozonada, Almaniyada,Yaponiyada və Avstraliyada İstehlak Qiymətləri İndeksi (CPİ, Core CPİ) və Amerikada Şəxsi Xərclər İndeksi göstəriciləri açıqlanacaq. 

Cari həftə ərzində Almaniyada, Avrozonada, Amerikada və Kanadada dərc olunacaq ÜDM hesabatları da investorların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftəyə 1.16620 həddində başlayan EURUSD məzənnəsi 1.15770 səviyyəsinə qədər ucuzlaşsa da, həftənin sonuna doğru bir qədər bahalaşdı və bağlanışı 1.16280 həddində reallaşdırdı.

Hazırda 1.16210 hədlərində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.17000 həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. 

Almaniyada, Avrozonada dərc olunacaq iqtisadi statistik rəqəmlər və ECB-nin faiz qərarı avronun dünya birjalarındakı qiymətlərinə ciddi təsri edə bilər.

GBP

Keçən həftə 1.34420 həddinə qədər bahalaşan GBPUSD məzənnəsi də baş verən geosiyasi proseslər fonunda 1.32870 hədlərinə kimi ucuzlaşdı. Lakin, məzənnə həftəsonuna doğru bir qədər toparlandı və ötən həftəni 1.33100 səviyyəsində tamamladı. 

XAU/USD

4379$-a kimi bahalaşaraq bütün dövlərin maksimum həddini müəyyənləşdirən qızıl ötən həftən 4000$-a kimi sərt enişlə yadda qaldı və həftəni enişlə tamamladı. Hazırda 4000$ həddininin üzərində möhkəmlənməyə çalışan qiymətli metal buna nail olsa, yenidən bahalaşa bilər. Lakin, “ayılar” sarı metalın qiymətini 3960$-ın altına sala bilsələr, eniş tendensiyası davam edə bilər.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://marja.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri