Icma.az
close
up
RU
Qlobal Cənub QHT Platforması: Bakıda növbəti tarix yazıldı

Qlobal Cənub QHT Platforması: Bakıda növbəti tarix yazıldı

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

28-29 aprel tarixlərində Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Konfrans dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir. Tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq platformasıdır. O həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.

Konfransın ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb. Müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Qeyd edək ki, iki gün davam edən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfransda dünyanın aparıcı vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edib, qlobal diskussiyalar təşkil olunub, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyəti vurğulanıb. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.

Xatırladaq ki, platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.

Azərbaycan QHT rəhbərləri sözügedən konfransla bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.

“Bakıda növbəti tarix yazıldı”

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri qeyd edib ki, Bakıda Qlobal Cənub Platformasının təsis edilməsi Azərbaycanın QHT sektorunun növbəti uğuru kimi tarixə düşəcək: “Çünki Bakıda sözün əsl mənasında növbəti bir tarix yazılıb. Elə bir tarix ki, məhz Bakıda Qlobal Cənub Platformasının təsis edilməsi ilə dünyanın üçdə iki hissəsini təşkil edən ölkələrin QHT təmsilçilərinin Azərbaycanın paytaxtında bir araya gəlməsi ilə həm də gələcək dünyada QHT-lərin rolunun necə olacağı müəyyənləşib. Deməli, onun müəyyən edilməsi üçün mərkəz Bakı olacaq”.

“Azərbaycan QHT sektoru qlobal proseslərə hazırdır”

N.Azəri vurğulayıb ki, gələcəkdə bundan sonra cərəyan edən proseslərdə Qlobal Cənub Platformasının əldə etdiyi hər bir uğurun arxasında məhz Bakıda keçirilən təsis konfransının durduğu bəyan ediləcək: “Bu, Azərbaycan QHT-lərinin son vaxtlar daha mütəşəkkil və uğurlu fəaliyyətinin bariz nümunəsidir. Çünki məlumat üçün qeyd edim ki, Qlobal Cənub Platformasının yaranması təşəbbüsü 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində özü də məhz Azərbaycan tərəfindən səsləndirilib. Həmin vaxt Azərbaycan Milli QHT Forumunun bu istiqamətdəki təklifi dünyanın aparıcı QHT-ləri tərəfindən dəstəklənib və o dəstək həmin platformanın Bakıda təsis olunması ilə yeni mərhələyə qədəm qoyacaq. Onu da qeyd edim ki, bu həm də Azərbaycan QHT sektorunun qlobal proseslərə, çağırışlara hazır olduğunu təsdiq edir. Digər tərəfdən isə Azərbaycanın başqa məsələlərdə olduğu kimi dünyada cərəyan edəcək QHT-lərlə bağlı proseslərdə də mərkəz, istiqamətverici rolunda çıxış edəcəyini nümayiş etdirir”.

“Bu, Azərbaycan QHT-lərinin uğurudur”

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfransın keçirildiyini deyərək əlavə edib ki, konfransa 116 ölkədən 200 nəfərə yaxın nümayəndə qatılıb: “İki gün davam edən konfransda Qlobal Cənub QHT Platformasının təsis olunub. Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini əhatə edən nəhəng bir hərəkat Azərbaycan QHT-lərinin təşəbbüsü ilə yaradılıb. Son illər Azərbaycan Milli QHT Forumunun təşəbbüsü və öncüllüyü ilə Azərbaycan QHT-lərinin ciddi beynəlxalq əlaqələri yaranıb. Azərbaycan vətəndaş cəmiyyətində keyfiyyət dəyişikliyi müşahidə edilir. Peşəkar, ciddi xarici əlaqələri olan, ümummili və qlobal problemləri beynəlxalq platformalara daşıya bilən bir vətəndaş cəmiyyəti formalaşmaqdadır. Qlobal Cənub QHT Platformasının da təsis olunması Azərbaycan QHT-lərinin uğuru kimi qiymətləndirilə bilər”.

“Beynəlxalq aləmdə tanınan QHT-lərimiz yaranacaq”

E.Cəfərli qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında fəallığı ilə yadda qaldı, QHT-lərimiz qlobal iqlim dəyişikliyinin yumşaldılması ilə bağlı beynəlxalq müzakirələrə qatıldı: “Əslində Qlobal Cənub QHT Platformasının yaradılması ideyası da COP29 çərçivəsində keçirilən toplantılarda ortaya çıxmışdı. Bu niyyət 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda bəyan olunmuşdu. O zaman bu ideya beynəlxalq təşkilatlar tərəfindən dəstək qazandı, 140-a yaxın ölkənin QHT-ləri ideyanı müdafiə etdi. “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı Azərbaycan QHT-ləri üçün yeni bir mərhələnin başlanğıcıdır. Bu, ilk addımdır. Yəqin ki, yaxın gələcəkdə beynəlxalq aləmdə tanınan, sözü eşidilən QHT-lərimiz ortaya çıxacaq”.

“Üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsi asanlaşacaq”

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov vurğulayıb ki, Bakıda 110-dan artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunub: “Qlobal Cənub QHT Platformasının əsas məqsədi Qlobal Cənub ölkələrindən olan qeyri-hökumət təşkilatlarını (QHT-ləri) bir araya gətirmək, onların beynəlxalq səviyyədə səsini daha güclü çatdırmaq və qlobal qərarvermə mexanizmlərində iştirak imkanlarını artırmaqdır”.

F.Əkbərov əlavə edib ki, bu Platforma, Cənub ölkələrinin QHT-lərinin öz maraqlarını və problemlərini daha fəal şəkildə müdafiə etməsi üçün imkan yaradacaq, üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsi asanlaşacaq: “Eyni zamanda, əsas qlobal məsələlərdə, məsələn, iqlim dəyişikliyi, insan hüquqları, inkişaf yardımları və digər sahələrdə ortaq mövqelərlə çıxış ediləcək. Qlobal Cənub QHT Platforması isə Latın Amerikası, Afrika, Asiya və Sakit Okean bölgəsi ölkələrinin qeyri-hökumət təşkilatlarının birgə səsini beynəlxalq platformalarda daha güclü eşitdirməyə çalışır. Bu platforma vasitəsilə müxtəlif ölkələrin və regionların QHT-ləri öz təcrübələrini, bacarıqlarını və resurslarını paylaşır, bir-birindən öyrənir, daha effektiv fəaliyyət göstərə bilirlər”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Aprel 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri