Icma.az
close
up
RU
Sahibə Qafarova: Azərbaycan və Türkiyə hər zaman bir birinin yanında olublar

Sahibə Qafarova: Azərbaycan və Türkiyə hər zaman bir birinin yanında olublar

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Böyük Atatürkün ideyaları qardaş Türkiyənin inkişafının təməlində dayanıb".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.

Spiker bildirib ki, Türkiyə Respublikası Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında sürətli inkişaf yolunu seçib:

"Ankara dünyanın bir çox regionlarında münaqişələrin həllində aparıcı rol oynayır. Türkiyə dünyanın aparıcı iqtisadiyyatlarında öz əhəmiyyətli yerini tutur. Türkiyə qitələri birləşdirən nəqliyyat, logistika qovşağı rolunu oynayır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olublar. Bundan sonra da belə davam edəcək. Qardaş Türkiyə xalqına firavanlıq arzu edirəm", - deyə sədr bildirib.

S.Qafarova əlavə edib ki, Azərbaycan qardaş ölkənin uğurlarına öz uğurları kimi sevinir: "Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə "bir millət - iki dövlət"dir. Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri ortaq köklərimizdən və milli-mənəvi dəyərlərimizdən güc alır, qarşılıqlı hörmət və etimada əsaslanır. Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə yüksəldib. Müxtəlif sahələrdə iş birliyimiz dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirir, xalqlarımızın rifahına və tərəqqisinə xidmət edir. Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə deyilsə, "dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsunlar".

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər:

"Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət isə türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstək, türk xalqının tutduğu qəti mövqe Azərbaycan torpaqlarının işğalına son qoyulmasında önəmli rol oynayıb. Bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır. Mən əminəm ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri