Türkiyə Qarabağdakı bərpa quruculuq işlərində Azərbaycanın yanındadır Sahibə Qafarova
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Türkiyə Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərində Azərbaycanın yanındadır.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda keçirilən qəbulda deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sahibə Qafarova vurğulayıb ki, azərbaycanlılar Türkiyənin uğurlarına öz uğuru kimi sevinir:
"Şuşa Bəyannaməsi münasibətlərimizi ən yüksək səviyyəyə yüksəldib. Müxtəlif sahələrdə əməkdaşlıq xalqlarımızın rifahına xidmət edir. Birgə layihələr Cənubi Qafqazın inkişafına böyük töhfə verir. Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edir. 44 günlük müharibədə Türkiyənin mənəvi olaraq yanımızda olmasını heç vaxt unutmayacağıq. Bu gün Türkiyə Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərində Azərbaycanın yanındadır. Bərabərliyimiz hər iki ölkə üçün daim uğur gətirəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 29 Oktyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















