Icma.az
close
up
RU
Qlobal əməkdaşlıq arxitekturasında mədəniyyətin rolu Cavanşir Feyziyev yazır

Qlobal əməkdaşlıq arxitekturasında mədəniyyətin rolu Cavanşir Feyziyev yazır

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı çərçivəsində keçirilən Bakı Yaradıcılıq Həftəsi ölkəmizin həm regional, həm də qlobal mədəni inteqrasiya proseslərində oynadığı rolu aydın şəkildə göstərir. Bakıda gerçəkləşən bu mədəni tədbir sənət və yaradıcılıq nümunələrinin təqdimatı olmaqla yanaşı, həm də İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi, ortaq mədəni irsin qorunması və əməkdaşlıq xəritəsinin formalaşdırılması üçün yaradılmış çoxşaxəli platformadır və Azərbaycanın yaradıcılıq potensialını beynəlxalq səviyyədə nümayiş etdirmək üçün ən əlverişli bir vasitədir.

Bu gün Azərbaycanın mədəni diplomatiya fəaliyyəti sürətlə genişlənir və ölkənin mədəni-siyasi təşəbbüsləri artıq regional sərhədləri aşaraq qlobal humanitar məkanın strukturunda yer alan mühüm vektorlardan birinə çevrilib. Bakıda reallaşdırılan bu genişmiqyaslı platforma yalnız estetik təqdimat funksiyası daşımır, həm də İslam dünyasında intellektual inteqrasiya və kulturoloji harmonizasiya sahəsində əməkdaşlıq proseslərinin modern çərçivədə yenidən qurulmasına xidmət edən konseptual model rolunu oynayır. Burada mədəniyyət tarixi yaddaşın təkrarı kimi deyil, gələcəyin sosial-humanitar kodu, xalqlar arasında anlaşma və beynəlxalq əməkdaşlıq yaradan kommunikativ vasitə kimi təqdim olunur.

Festival mədəniyyətlərarası dialoqu, tolerantlıq ideyasını və sülhü yeni yaradıcı formatlarda aktuallaşdırır. Mədəniyyət yalnız milli identikliyin qorunması mexanizmi deyil, həm də müxtəlif coğrafiyaları, dilləri və estetik sistemləri birləşdirən ümumbəşəri dəyər kimi təqdim olunur. Sənət və rəqəmsal yaradıcılıq ekosistemini birləşdirən çoxşaxəli struktur mədəniyyətin statik irs deyil, dinamik yaradıcılıq sistemi olduğunu göstərir. Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği festivalın əsas məqsədlərindəndir. 50-dən çox ölkədən iştirakçıların qatıldığı bu Yaradıcılıq Həftəsi çərçivəsində təqdim olunan panel müzakirələri, sərgilər ölkəmizin yaradıcı sənaye ekosistemini qlobal müstəvidə tanıtmağa xidmət edir. Xüsusi platformalar olaraq “Mədəni və Yaradıcı Sənayelər Forumu (MYFORUM)” və “Creative Village: Mədəni və Yaradıcı Sənayelər Sərgisi (MYEXPO)” və s. kimi tədbirlər milli yaradıcılıq potensialının təqdimatı və qlobal əməkdaşlıq üçün unikal imkanlar yaradır. Bu qəbildən olan beynəlxalq proqramlar və tədbirlər mədəniyyətin iqtisadi və humanitar dəyərini paralel şəkildə aktuallaşdırır və yaradıcı sənayelərin regional sərhədləri aşaraq qlobal rəqabət mühitinə inteqrasiyasına zəmin yaradır.

Bədii və konseptual təqdimatlar festivalın ideya yükünün mühüm tamamlayıcı komponentini təşkil edir. Fəlsəfi və estetik kodlar, mədəni irs nümunələri, vizual kompozisiya və musiqi sintezi insan-məkan-zaman münasibətlərinin modern interpretasiyası kimi təqdim olunur. Ənənəvi musiqi ilə müasir akustik tərtibatın, milli rəqs estetikasının yeni vizual strukturda təqdim olunması və tarixiliyi modern düşüncə ilə qovuşduran kompozisiyalar Azərbaycan mədəniyyətinin lokal və ümumislam identikliyində oynadığı rolu göstərir. Bu yanaşma mədəniyyəti yalnız milli yaddaşın ifadəsi deyil, beynəlxalq intellektual diskursa qoşulan semiotik sistem kimi təqdim edir.

İslam dünyasının mədəni irsinin müasir texnoloji, estetik və konseptual formatlarda təqdim olunması, gənc nəsillərə ötürülməsi üçün yaradılan yeni platformalar Azərbaycanın humanitar siyasətinin strateji istiqamətlərindən birini təşkil edir. Bu təşəbbüs ortaq mədəni arxitekturanın yenilənməsinə, tarixi mirasın koqnitiv mühitdə modernləşdirilməsinə və qlobal səviyyədə davamlı həmrəylik modelinin formalaşmasına xidmət edir.

Nəticə etibarilə, İslam Əməkdaşlıq Təşkilatının Bakı Yaradıcı Həftəsi müasir mədəni diplomatiya modelinin konseptual strukturunu formalaşdırır, mədəniyyət və texnologiya inteqrasiyasını strateji səviyyədə aktuallaşdırır və İslam dünyasında humanitar həmrəyliyin modern konsepsiyasını müəyyənləşdirir. Mədəniyyət siyasi coğrafiyaları yaxınlaşdıran, xalqlar arasında mənəvi bağları gücləndirən və qlobal əməkdaşlıq üçün yeni institusional formatlar yaradan transformativ gücdür. Bu tədbir Bakını yalnız mədəni mərkəz deyil, həm də gələcəyin humanitar inkişaf xəritəsini formalaşdıran strateji qovşaq kimi təqdim edir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri