Icma.az
close
up
RU
Qlobal ərzaq böhranı xəbərdarlığı: Azərbaycan bazarını nə gözləyir?

Qlobal ərzaq böhranı xəbərdarlığı: Azərbaycan bazarını nə gözləyir?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin icraçı direktoru rəhbəri Xorxe Moreyra da Silva təmsil etdiyi qurumun dəstəklədiyi plan üzrə ABŞ və İranın Hörmüz boğazından gübrə daşınması üçün yaxın həftələrdə razılığa gələ bilməməsinin Asiya və Afrikanın bəzi bölgələrində ərzaq təhlükəsizliyi böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bildirilib ki, ən az bir neçə aylıq və ya həftəlik dəhliz yaradılmalıdır, çünki, vəziyyət həqiqətən də çox ciddidir.

Bəs, qlobal ərzaq qıtlığı hansı mənfi nəticələrə gətirib çıxara bilər? Ehtimal olunan problemlərin Azərbaycan üçün də hansısa iqtisadi təsirləri gözləniləndirmi?

Mövzu ilə bağlı Oxu.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, Hörmüz boğazındakı çətinliklər qolabal iqtisadiyyata təsirlərini davam etdirir:

"Lakin qlobal iqtisadiyyatda öncədən proqnozlaşdırılan iqtisadi artıma nail olmaq mümkün olmur. Digər tərəfdən isə strateji məhsulların qiymətlərindəki artımlar, ərzaq daxil olmaqla, bir sıra əksər məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Xüsusən də yanacaq qiymətlərindəki sıçrayışlardan sonra ərzaqların bahalaşması müşahidə olunur. Eyni zamanda, nəzərə almalıyıq ki, Hörmüz boğazı ilə yalnız neft məhsulları deyil, bir sıra ərzaq məhsulları, o cümlədən gübrələr daşınır. Bu baxımdan, razılaşmanın əldə edilməməsi həmin məhsulların daşınmasında da çətinliklər yaradır. Ona görə də sözügedən məhsulların nəqlindəki qıtlığın aqrar sektora təsirlərinin olacağı istisna edilmir".

"Xüsusən də bir sıra Asiya ölkələrinə daşınan gübrələrin, o cümlədən bəzi Avropa ölkələrinin əldə etdiyi ərzaq məhsullarının çatdırılmasında da çətinliklər var. Bu baxımdan, Azərbaycan da xüsusən gübrə ehtiyatlarının artırılması və ərzaq ehtiyatlarının genişləndirilməsi istiqamətində siyasətini davam etdirir. Məqsəd dünya bazarındakı potensial qiymət artımlarının istehlak bazarına təsirlərini mümkün qədər azaltmaqdan ibarətdir. Bu istiqamətdə fəaliyyətlərin genişlənməsi təsirlərin minimuma endirilməsinə endirilməsinə gətirib çıxara bilər. Amma bütövlükdə gözlənti ondan ibarətdir ki, aqrar məhsulların qiymətlərində və eləcə də xərcində Hörmüz boğazındakı çətinliklər qaldığı halda dünya bazarında artımlar müşahidə edilə bilər. Amma Azərbaycan üçün də əsas məqsəd məhz həmin artımların istehlak bazarına təsirlərinin minimumlaşdırmaqdan ibarətdir", - deyə müsahibimiz əlavə edib.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov da hesab edir ki, hazırda dünya iqtisadiyyatı üçün ən ciddi təhlükələrdən biri ərzaq böhranıdır. O, Oxu.az-a açıqlamasında deyib ki, ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı razılaşma əldə olunmasa, bunun nəticələri təkcə neft bazarı ilə məhdudlaşmayacaq:

"Gübrə istehsalı və daşınması pozulacaq, kənd təsərrüfatında xərclər artacaq, növbəti məhsul yığımında azalma riski yaranacaq. Burada çox vacib bir məqam var. İnsanlar bəzən düşünürlər ki, gübrə qıtlığının onlara nə aidiyyəti var. Halbuki gübrə kənd təsərrüfatının əsas xərclərindən biridir. Fermer gübrəni vaxtında və münasib qiymətə ala bilməsə, məhsuldarlıq aşağı düşə bilər. Məhsul azalanda bazara daha az ərzaq çıxarılır, qiymətlər yüksəlir. Bu, taxıla, bitki yağlarına, heyvandarlıq məhsullarına və gündəlik istehlak etdiyimiz bir çox ərzağa təsir göstərə bilər. Hörmüz boğazının əhəmiyyəti də məhz bundadır. Münaqişədən əvvəl dünya üzrə dəniz yolu ilə ticarət edilən karbamidin təxminən üçdə biri və kükürdün təxminən yarısı bu marşrutdan keçirdi. Kükürd də bir sıra gübrələrin istehsalında istifadə olunur. Deməli, problem yalnız gəmilərin hərəkəti deyil, bütöv kənd təsərrüfatı istehsal zəncirinin pozulmasıdır. Qlobal ərzaq böhranı baş verərsə, onun bir neçə ağır nəticəsi ola bilər.

Birincisi, ərzaq inflyasiyası sürətlənər. Aztəminatlı ailələr gəlirlərinin böyük hissəsini qidaya xərclədikləri üçün daha çox zərər görər, bəzi ailələr keyfiyyətli və sağlam qidalanmaq imkanını itirər. İkincisi, yoxsul ölkələrdə aclıq və qidalanma problemləri dərinləşər. Üçüncüsü, ərzaq qiymətlərinin kəskin artması sosial narazılıqları, etirazları və siyasi qeyri-sabitliyi gücləndirə bilər. İnsanlar çörək və gündəlik ərzaq almaqda çətinlik çəkəndə bunun nəticəsi yalnız iqtisadi göstəricilərdə qalmır. Miqrasiya artır, dövlətlərə təzyiq güclənir və humanitar böhranlar genişlənir".

Müsahibimizin sözlərinə görə, təhlükəni ciddi qəbul etməliyik:

"Hazırda Azərbaycanda mütləq ərzaq qıtlığı yaranacağını demək üçün əsas yoxdur. Ancaq qlobal qiymət artımı, daşınma xərclərinin yüksəlməsi və gübrə çatışmazlığı yerli bazara da təsir göstərə bilər. İdxal etdiyimiz ərzaqların qiyməti arta, yerli fermerlərin istehsal xərcləri yüksələ bilər. Bu xərclər sonradan bazar qiymətlərinə ötürülərsə, vətəndaşın gündəlik xərcləri artacaq. Bu baxımdan, bir neçə istiqamətdə tədbirlər görməlidir. Əvvəlcə taxıl, gübrə və digər vacib kənd təsərrüfatı məhsulları üzrə ehtiyatların vəziyyəti qiymətləndirilməlidir. İdxal mənbələri şaxələndirilməli, yalnız bir neçə ölkədən və ya marşrutdan asılılıq azaldılmalıdır. Fermerlərin gübrəyə çıxışı təmin olunmalı, yerli istehsalın artırılması üçün real iqtisadi stimullar yaradılmalıdır. Ərzaq bazarında qiymətlər və ehtiyatlar gündəlik izlənməli, süni qiymət artımı və əsassız vasitəçi xərcləri ilə mübarizə aparılmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Oktyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri