Icma.az
close
up
RU
Qlobal ərzaq qiymətləri REKORD HƏDDƏ: Azərbaycanı nə gözləyir?

Qlobal ərzaq qiymətləri REKORD HƏDDƏ: Azərbaycanı nə gözləyir?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Qlobal ərzaq qiymətlərinin avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatması Azərbaycan üçün də ciddi riskdir”. 

Bu barədə Bakıvaxtı.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  bildirib.  

O qeyd edib ki, FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) məlumatına görə, indeks bir ayda 1,9 faiz, illik ifadədə isə 2,5 faiz artaraq 133,3 bəndə yüksəlib:   

“Xüsusilə taxıl, şəkər, bitki yağları, ət və süd məhsullarında bahalaşma müşahidə olunur. Bu artımın əsas səbəbləri hava şəraitinin pisləşməsi, quraqlıq və istilər, Ukrayna və Yaxın Şərqdəki münaqişələr, eləcə də Qara dəniz üzərindən ərzaq daşımalarında yaranan problemlərdir. Azərbaycan üçün ən böyük risk taxıl və digər idxaldan asılı məhsullar üzrə yaranır. Məsələn, avqustda dünya buğda qiymətləri aylıq 2,6 faiz, illik isə 15 faiz artıb. Azərbaycan taxıl və bir sıra ərzaq məhsulları üzrə idxaldan istifadə etdiyi üçün dünya qiymətlərində uzunmüddətli yüksəliş daxili bazara da müəyyən gecikmə ilə təsir göstərə bilər”.

Akif Nəsirli: Əsas təhlükə qlobal qiymət artımının bir neçə ay davam etməsidir

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu, ilk növbədə un, çörək, makaron, yem məhsulları, bitki yağları və şəkər kimi məhsulların maya dəyərini artıra bilər:

“Daha sonra daşınma, yem və istehsal xərclərinin yüksəlməsi ət, süd və digər yerli məhsulların qiymətlərinə də təsir göstərə bilər. Xüsusilə quşçuluq və heyvandarlıqda yem xərclərinin artması qiymətlərə təzyiq yarada bilər. Amma bu, Azərbaycanda bütün ərzaq məhsullarının avtomatik olaraq eyni səviyyədə bahalaşacağı demək deyil. Ölkənin daxili istehsalı, strateji ehtiyatları, idxal mənbələrinin şaxələndirilməsi və dövlətin bazara müdaxilə imkanları qiymət artımını müəyyən qədər yumşalda bilər. Üstəlik, qlobal taxıl bazarında ümumi təklif hələ kifayət qədər böyükdür və bu da qiymətlərin daha kəskin sıçramasının qarşısını alan amillərdəndir”. 

Ekspertin qənaətincə, əsas təhlükə qlobal qiymət artımının bir neçə ay davam etməsidir:   

“Əgər Qara dənizdə logistika problemləri, müharibələr və əlverişsiz hava şəraiti davam edərsə, Azərbaycanda ərzaq inflyasiyasına əlavə təzyiq yarana bilər. Buna görə indidən taxıl, yem, şəkər və bitki yağları üzrə ehtiyatların və idxal kanallarının şaxələndirilməsi, eyni zamanda yerli kənd təsərrüfatı istehsalının artırılması daha vacib olur”.

Qeyd edək ki, ötən ay qlobal ərzaq qiymətləri 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Bildirilir ki, FAO-nun ərzaq qiymətləri indeksi avqustda orta hesabla 133,3 bənd təşkil edib. Bu, 2022-ci ilin noyabrından bəri ən yüksək nəticədir. Qiymət artımına əsasən, əlverişsiz hava şəraiti, Avropada yüksək hava temperaturu və quraqlıq, eləcə də Yaxın Şərq və Qara dəniz regionunda müharibələrlə bağlı ticarət və təchizat problemləri səbəb olub. FAO-nun məlumatına görə, avqust ayında taxıl, bitki yağları, şəkər, ət və süd məhsullarının qiymət indekslərinin hamısında artım qeydə alınıb. Taxılın qiyməti son üç ilin, şəkərin qiyməti isə son bir ilin ən yüksək səviyyəsinə çatıb. FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, qlobal ərzaq qiymətlərinin yüksəlməsi ərzaq bazarlarında risklərin yenidən artdığını göstərir. Bununla belə, avqust göstəricisi 2022-ci ilin martında, Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsinin başlamasından sonra qeydə alınmış rekord səviyyədən təxminən 17 faiz aşağıdır.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Sentyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri