Icma.az
close
up
RU
Qlobal iqlim böhranının həllinə mane olan elə Qərb özüdür Şərh

Qlobal iqlim böhranının həllinə mane olan elə Qərb özüdür Şərh

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"Bakı dünyanı narahat edən qlobal problemlərin həllinin müzakirə edildiyi bir dialoq mərkəzinə çevrilib. Bakı qlobal humanitar problemlərin, sivilizasiyalararası, multikultural və digər mühüm məsələlər davamlı olaraq müzakirə olunur. Bu gün isə Bakı  dünyanı çox ciddi şəkildə narahat edən ekoloji problem olan qlobal iqlim dəyişkiliyinə həsr olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına çox yüksək səviyyədə ev sahibliyi etməkdədir. COP29 kimi nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Əminəm ki, Azərbaycanın sədrliyi ilə keçirilən COP29 qarşısına qoyduğu bütün hədəflərə nail olacaq. Azərbaycan qlobal iqlim böhranının həllinə öz müsbət töhfəsini verəcək".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, bu gün qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə üzləşilən ən vacib məsələ problemin həlli ilə bağlı Paris Sazişini imzalayan ölkələrin üzərlərinə götürdükləri öhdəliklərdən boyun qaçırması və bu sahəyə lazımi həcmdə maliyyə vəsaitini ayırmamasıdır: "Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29-un əsas hədəfi isə qlobal iqlim dəyişikliyinə qarşı mübarizənin effektivliyini təmin etmək üçün maliyyə problemini həll edilməsi istiqamətində dünya ölkələri arasında konsesusu təmin etməkdir. Əminəm ki, COP29-un yekunu olaraq bu istiqamətdə ciddi nəticələr əldə olunacaq.  Artıq COP29-un  işə başladığı  bir neçə gündə bu istiqamətdə konkret addımlar da atılıb. Bu istər Azərbaycanın  qlobal iqlim dəyişkiliyinə qarşı  mübarizə çərçivəsində yaşıl enerjiyə keçidlə bağlı üzərinə götürdüyü öhdəliklər, istər ölkəmizin gələcəkdə bir ötürücü qovşaq ölkə rolunda çıxış etməsi, istərsə də bu sahəyə investiyiya qoyuluşu baxımdan dünya ölkələri ilə bir sıra əhəmiyyətli sənədlər imzalanıb. 

İnanıram ki, Şimalla Cənubun, Qərblə Şərqin qovşağında yerləşən  Azərbaycan bu imkandan fadalanaraq Qlobal Şimalla Qlobal Cənub arasında çoxtərəfli əməkdaşlıq formatı yaratmaqla uğurlu əlaqələndirici rolunda çıxış edə biləcək. Əminliklə  qeyd edə  bilərəm ki, Azərbaycan nəinki uğurlu bir əməkdaşlıq formatı yaradacaq, eyni zamanda bu sahədə Avrasiya coğrafiyasında ciddi aktor rolunu oynayacaq. Dünya ölkələri Azərbaycanın  belə bir missiyanı yerinə yetircəyinə inanırlar və ona görə də ölkəmizlə sıx əməkdaşlıqda maraqlıdır.

Təbii ki, bu da düşmənlərimizi, anti-Azərbaycan qüvvələri ciddi narahat etməkdədir. Onlar Azərbaycanın uğuruna qısqanclıqla yanaşmaqdadırlar. Bu səbəbdən də ölkəmizi hədəf seçib qarayaxma kampaniyasını həyata keçirməklə COP29-u boykot  taktikası yolunu seçiblər. Bu işdə başda Fransa, Niderland olmaqla bəzi Avropa ölkələri fəallıq nümayiş etdiməkdədir. Bu bir daha onu sübut edir ki, qlobal iqlim böhranının yaranmasının əsas  səbəbkarları elə həmin ölkələrdir. Bu problemi yaradanlar da, problemin həllinə mane olub, riyakarlıq nümayiş etdirməkdədirlər. Əgər  doğrudan da  həmin ölkələr qlobal iqlim böhranına töhfə vermək niyyətində olsaydılar COP29-u boykot yox, təşviq yolunu seçərdilər. Axı belə bir qlobal problemin həllinə milyonlar və yaxud milyard dollar deyil, artıq trilyonlarla dollar vəsaitin cəlb edilməsi lazımdır. Həmin ölkələr böhranın həlli istiqamətində irəli sürülən təşəbbüsləri, layihələri gözdən salmaq və boykot taktikasını seçməsi qlobal iqlim böhranının daha da dərinləşməsinə xidmət edir. Nəticədə dünya qlobal iqlim böhranını yaradanların riyakarlığından əziyyət çəkməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbirdə bəyan etdiyi kimi, onların bütün bu  cəhdləri boşa çıxdı. Bu cür ucuz metodlarla belə bir mötəbər tədbirə kölgə sala bilmədilər və bacarmayacaqlar da... Bu ölkələrdən fərqli olaraq Azərbaycan dünyamızı narahat edən taleyüklü məsələlərin həllinə real addımları ilə töhfə verməkdədir və verəcək də.
Azərbaycan Çindən Avropaya uzanan Orta Dəhlizi yaşıl dəhlizə çevriməyi bacaraqcaq".

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Noyabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri