Icma.az
close
up
RU
Qlobal marşrutlar Bakını Pekinlə daha da yaxınlaşdırıb

Qlobal marşrutlar Bakını Pekinlə daha da yaxınlaşdırıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevə ünvanlanan suallardan biri də Azərbaycan–Çin münasibətlərinə həsr olunmuşdu. Dövlət başçısından mövcud beynəlxalq şəraitdə Bakı ilə Pekin arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün prioritet istiqamətlər, regional əlaqələrin genişləndirilməsi və Orta Dəhlizin inkişafı baxımından yaranan yeni imkanlar barədə mövqeyi soruşuldu. Bu sual təsadüfi deyildi.

Son illər Azərbaycan–Çin münasibətlərində müşahidə olunan dinamik inkişaf, iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişlənməsi və əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Bakı–Pekin xəttini beynəlxalq gündəliyin diqqət mərkəzinə gətirib. Şərqi Asiyada, Sakit okean sahillərində yerləşən və dünyanın ikinci böyük iqtisadiyyatına malik Çinlə Avropa və Asiyanın qovşağında, Xəzər hövzəsinin strateji mərkəzində yerləşən Azərbaycanı minlərlə kilometr məsafə ayırır. Lakin qlobal ticarət marşrutlarının yenidən formalaşması bu iki ölkəni hər zamankından daha çox yaxınlaşdırıb. Bu gün Pekinin istehsal potensialı ilə Bakının geostrateji mövqeyi Orta Dəhliz boyunca bir-birini tamamlayaraq Azərbaycan–Çin əməkdaşlığına yeni iqtisadi məzmun qazandırır.

Forumda Prezident İlham Əliyev son dövrlərdə iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə nəzərəçarpacaq dərəcədə genişləndiyini bildirib. Dövlət başçısının ötən il Çinə dövlət səfəri və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasından sonra siyasi, iqtisadi və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət əhəmiyyətli dərəcədə fəallaşıb.

Prezident İlham Əliyev vurğulayıb: “Biz buna çox şadıq və böyük əhəmiyyət veririk. Bu gün Azərbaycanda daha çox Çin şirkəti var. Onlardan bəziləri artıq böyük investisiyalar qoyur, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edir”. Dövlət başçısının bu fikirləri Azərbaycan–Çin münasibətlərinin artıq ənənəvi ticarət əlaqələri çərçivəsindən çıxaraq investisiya, sənaye, logistika, yaşıl enerji və yüksək texnologiyalar kimi strateji sahələri əhatə edən çoxşaxəli iqtisadi tərəfdaşlığa çevrildiyini göstərir.

Qeyd edək ki, Azərbaycan–Çin münasibətlərində dönüş nöqtəsi 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı yaşandı. Səfər çərçivəsində Azərbaycan və Çin Hərtərəfli Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyanat imzaladılar. Bununla iki ölkə arasında münasibətlər siyasi dialoqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə keçdi. Səfər zamanı “Bir kəmər, bir yol” təşəbbüsü, rəqəmsal iqtisadiyyat, yaşıl inkişaf, əqli mülkiyyət, kosmik sənaye, ədliyyə və digər sahələri əhatə edən 20-dən çox əməkdaşlıq sənədi imzalandı. Mütəxəssislərin fikrincə, bu sənədlər uzunmüddətli iqtisadi əməkdaşlığın hüquqi və institusional əsaslarının formalaşdırılmasını nəzərdə tutur. Əsas məqsəd ticarət dövriyyəsini artırmaqla yanaşı, investisiyaları, texnologiya transferini və birgə istehsal layihələrini genişləndirməkdir.

*** 

Son illərdə Azərbaycanın xarici ticarət strukturunda Çin sürətlə mövqeyini möhkəmləndirib və Cənubi Qafqazda ən iri ticarət tərəfdaşlarından birinə çevrilib.  2025-ci il ərzində Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 4 milyard 874 milyon ABŞ dolları təşkil edib. Çin ilə ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 1 milyard 129 milyon dollar və ya 30,2 faiz artıb.  Ticarət dövriyyəsinin böyük hissəsi, yəni 4 milyard 790 milyon dolları Çindən idxalın payına düşüb. 

2026-cı ilin yanvar–may aylarında isə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 1,83 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artım deməkdir. Hesabat dövründə Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,81 faizini təşkil edərək ölkənin dördüncü ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub. Azərbaycanın Çinə ixracı illik müqayisədə 40,5 faiz artaraq 48,75 milyon ABŞ dollarına çatıb.

Yeri gəlmişkən, Azərbaycanın Çindən idxal etdiyi məhsulların strukturu da dəyişir. Əvvəllər əsasən istehlak malları üstünlük təşkil edirdisə, indi sənaye avadanlıqları, yüksək texnologiyalar, elektrik nəqliyyatı, günəş panelləri, batareya sistemləri və rəqəmsal həllər daha böyük paya malikdir.

Xüsusilə diqqətə çatdırılmalıdır ki, istehsal və investisiya iki ölkə tərəfdaşılığının əsas istiqamətinə çevrilməyə başlayır. Azərbaycan–Çin iqtisadi münasibətlərində son dövrlərin ən mühüm hadisələrindən biri Çinin elektromobil istehsalçısı BYD (Build Your Dreams) ilə əməkdaşlığın başlanmasıdır. BYD hazırda dünyanın ən böyük elektrik avtomobili və elektrik avtobusu istehsalçılarından biridir. Şirkət 2024-cü ildə elektrik avtomobillərinin satışına görə ilk dəfə ABŞ-ın “Tesla” şirkətini geridə qoyaraq qlobal bazarda lider mövqeyə yüksəlib.

Bu baxımdan Azərbaycanın məhz BYD ilə əməkdaşlıq etməsi strateji əhəmiyyət daşıyır. 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi, “Electrify Azerbaijan” MMC və BYD şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobuslarının istehsalını nəzərdə tutan layihə üzrə mühüm sənədlər imzalanıb. Saziş çərçivəsində BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Şirkətlə 2026-cı ildən aşağıtonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır. Bu layihələrə şirkət tərəfindən ümumilikdə təqribən 60 milyon ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması nəzərdə tutulur. 

Bundan başqa, Azərbaycanın ­bərpaolunan enerji strategiyası Çin şirkətləri üçün də yeni imkanlar yaradır. Çin günəş panellərinin, külək turbinlərinin və enerji saxlama sistemlərinin istehsalında dünya lideridir. Bu səbəbdən Azərbaycanın “yaşıl enerji” layihələrində Çin texnologiyalarının və avadanlıqlarının rolunun artacağı gözlənilir.

Ötən ilin sonuna olan məlumatlara əsasən, Çin şirkətləri Azərbaycanla ümumi quraşdırılmış gücü 1570 MVt təşkil edən 5 yeni enerji layihəsinin, o cümlədən günəş və külək elektrik stansiyalarının reallaşdırılmasına dair sazişlər imzalayıblar. Həmin layihələrin tam şəkildə istismara verilməsi ölkənin bərpaolunan enerji mənbələrindən elektrik istehsalı imkanlarını ikiqat artıracaq. Bununla yanaşı, Çin şirkətlərinin iştirakı ilə inşa edilən və gücü 240 MVt olan Azərbaycanın ilk irimiqyaslı külək enerjisi layihəsi – “Xızı–Abşeron” Külək Elektrik Stansiyası artıq bu il istismara verilib. 

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda vurğulayıb ki, Azərbaycanda Günəş enerjisinin inkişafı üzrə çoxsaylı layihələr həyata keçirilir. Çin şirkətləri bu sektora yalnız bu yaxınlarda investisiya qoymağa başlasalar da, Çindən kənar şirkətlərlə müqavilələr çərçivəsində Azərbaycanda quraşdırılan bütün Günəş panelləri Çin mənşəlidir: “Bu o deməkdir ki, investordan asılı olmayaraq, Azərbaycanda gördüyünüz istənilən Günəş paneli Çində istehsal olunur. Belə olan halda, heç bir başqa ölkə qiymət və keyfiyyət baxımından Çin istehsalçıları ilə rəqabət apara bilməz. Yəqin, təsadüfi deyil ki, hazırda Çin şirkəti tərəfindən Azərbaycanda işləyəcək və ixrac ediləcək Günəş paneli zavodunun tikintisi üçün böyük bir investisiya layihəsi həyata keçirilir”.

Xatırladaq ki, 2025-ci il 9 sentyabr  tarixində Çendu şəhərində Ələt Azad İqtisadi Zonası Administrasiyası ilə Çinin yüksək texnologiya şirkəti olan Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd. arasında investisiya müqaviləsi imzalanıb. Sənəd Ələt AİZ-də günəş panellərinin istehsalı üçün müasir istehsal kompleksinin yaradılmasını nəzərdə tutur. Müqaviləyə əsasən, 23 hektarlıq sənaye zonasında zəruri infrastruktur və kommunal xidmətlərlə təchiz olunmuş üç müasir istehsal müəssisəsi inşa ediləcək. Onların ümumi gücü ildə 3 GVt günəş paneli olacaq. 

Çin şirkətləri fərdi investisiyalar hesabına Ələt Azad İqtisadi Zonasında gücü 3 GVt olan günəş panelləri istehsalı zavodu inşa edəcəklər ki, bu da Azərbaycanın yüksək texnologiyalı emal sənayesinin inkişafı üçün yeni imkanlar yaradacaq. Zavod birinci mərhələdə ildə təxminən 3 GVt günəş paneli istehsal edəcək və gələcəkdə gücün 10 GVt-a çatdırılması planlaşdırılır.

*** 

Çinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsinin əsas səbəblərindən biri də Orta Dəhlizdir. Avropa ilə Asiyanı birləşdirən bu marşrut son illərdə qlobal ticarətdə alternativ nəqliyyat dəhlizi kimi strateji əhəmiyyət qazanıb. Azərbaycan bu marşrutun mərkəzində yerləşir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası Çinin Avropa bazarına çıxışında mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan tranzit ölkədən daha çox regional logistika və istehsal mərkəzinə çevrilməyi qarşısına məqsəd olaraq qoyub. Çin investisiyalarının sənaye parklarına, logistika infrastrukturlarına və istehsal müəssisələrinə yönəlməsi də məhz bu strategiyanın tərkib hissəsidir. 

Dövlət başçısının IV Şuşa Qlobal Media Forumunda diqqətə çatdırdığı kimi, Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır. Bu məqsədlə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur.

Rəsmi statistika da bu dinamikanın davam etdiyini göstərir. 2025-ci ilin yanvar–noyabr aylarında Çindən Azərbaycana Orta Dəhliz vasitəsilə 351 yük qatarı yola salınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım deməkdir. Həmçinin ilk dəfə olaraq Çinin Çjetszyan əyalətinin Cinhua və İu şəhərləri, eləcə də Pekin və Şençjendən bu marşrut üzrə birbaşa yük qatarlarının hərəkəti təmin edilib. Nəticədə, Çin Orta Dəhliz üzrə daşınan yüklərin əsas mənbəyinə çevrilərək marşrutun tranzit imkanlarının daha da genişlənməsinə mühüm töhfə verib. Bundan əlavə, 2026-cı ilin ilk rübündə Çinin Sian–Bakı Trans-Xəzər marşrutu üzrə Çin–Avropa yük qatarlarının fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənərək Çin ilə Avropa arasında daha sürətli və etibarlı logistika bağlantısı yaradıb. 2026-cı ilin yanvar–mart aylarında Sian–Bakı dəmir yolu–dəniz marşrutu üzrə 85 yük qatarı hərəkət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 150 faiz artım deməkdir.

Bu marşrut Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün flaqman layihələrindən olan Çin–Avropa Dəmir Yolu Ekspresi şəbəkəsinin tərkib hissəsidir. Siandan Bakıya yükün çatdırılma müddəti orta hesabla 15 günə enib, ən sürətli daşımalar isə cəmi 11 günə həyata keçirilir. Bu, daşınma vaxtının təxminən 25 faiz azalması deməkdir və Trans-Xəzər marşrutunun keyfiyyətli inkişafına mühüm dəstək verir.

Musa BAĞIRLI 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see324

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see311

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see279

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see259

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see239

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see236

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see233

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see231

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see226

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see223

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see213

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see212

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see212

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see194

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see190

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see184

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see183

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see181

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see180

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri